Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla bağlı növbəti iclas keçirilib VİDEO

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 13-də Bakı Konqres Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla bağlı növbəti iclas keçirilib. Məlum olduğu kimi UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası 2019-cu il iyunun 30-dan iyulun 10-dək Bakı şəhərində keçiriləcək. Bununla əlaqədar Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinin sədri Azərbaycan Respublikasının Mədəniyyət naziridir. Komitəyə nazirliklərin, dövlət komitələrinin, digər aidiyyəti qurumların rəhbər və məsul şəxsləri daxildir.

AZƏRTAC xəbər verir ki, iyunun 13-də Bakı Konqres Mərkəzində mədəniyyət naziri, Təşkilat komitəsinin sədri Əbülfəs Qarayevin iştirakı ilə sessiyaya hazırlıqla əlaqədar keçirilən toplantıda aidiyyəti nazirliklərin, dövlət komitələrinin, digər qurumların rəhbər və məsul şəxsləri iştirak edib.

Əbülfəs Qarayev çıxış edərək Dünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verdi. Qeyd etdi ki, ölkəmizin son illərdə sürətli inkişaf yoluna qədəm qoyması dünya birliyində yüksək qiymətləndirilir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin nüfuzundan xəbər verir.

Nazir Azərbaycan-UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, Dünya İrs Komitəsinin 42-ci sessiyasında Azərbaycan bir il müddətinə komitənin sədri seçilib. Ölkəmiz üçün böyük əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.

Təşkilat komitəsinin sədri vurğulayıb ki, UNESCO-nun bu əhəmiyyətli tədbirinin Bakıda keçirilməsi hər bir əlaqədar təşkilatın üzərinə böyük vəzifələr qoyur. Bundan əvvəl keçirilən hazırlıq iclasından sonra demək olar ki, görüləcək işlərin əksər hissəsi həyata keçirilib. Biz tədbir günlərində bütün proses və davamiyyəti nəzərdə saxlamalıyıq. Tədbirin keçiriləcəyi günlərdə bütün qərargahlar işini eyni səviyyədə həyata keçirməlidir. 2400-ə yaxın iştirakçının yerləşdiriləcəyi otel və məkanlar qərargahlar tərəfindən nəzarətdə saxlanmalıdır. Tədbir iştirakçıları dünyada ictimai fikri formalaşdıran insanlardır və onların bizim vətənimiz, şəhərimiz, tarixi abidələrimiz, mədəni sərvətlərimiz haqqında düşüncələri və yazdıqları olduqca vacib əhəmiyyət kəsb edir. Bu elm adamlarının məqalələri dünya miqyasında mütəxəssislər tərəfindən oxunur və müzakirə edilir. Sessiyanın keçirildiyi günlərdə Bakıda tədbirin ruhuna uyğun konsert və tamaşalar təqdim olunmalı, ölkəmizin qüdrəti, tarixi-mədəni irsimiz təcəssüm etdirilməlidir.

Tədbirə dünyanın nüfuzlu media qurumlarının təmsilçiləri cəlb olunub.

Sonra tədbirin Əməliyyat qrupunun rəhbəri, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təqdimatla çıxış etdi. O, tədbirin təşkilində dəstək olan dövlət qurumlarına təşəkkürünü bildirib və UNESCO qərargahında keçirilmiş “məlumat sessiyası” ilə bağlı detalları diqqətə çatdırdı. Bildirildi ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə tədbir iştirakçılarının ölkəyə gəlişi asanlaşdırılıb və əlavə tədbirlər həyata keçiriləcək. Prosesə 26 otel cəlb olunub. Konqres Mərkəzdə məlumat məntəqəsi və qaynar xətt fəaliyyət göstərəcək. Hazırda 122 ölkə və 2000-dən çox iştirakçı 14 kateqoriya üzrə qeydiyyatdan keçib. Qonaqlar üçün turlar və mədəni proqramlar təqdim olunacaq.

Qeyd olunub ki, hotellər qonaqları qarşılamağa tam hazırdır.

İçərişəhər və Qobustan qoruqları xüsusi iş rejimində çalışmalı, hər bir muzey və qoruq ingilis, rus və fransız dilini bilən bələdçilərlə təmin edilməlidir. Həmçinin paytaxtın böyük ticarət obyektləri də işini uyğun şəkildə qurmalıdır. Bundan əlavə, şəhərdə abadlıq işlərinin həyata keçirildiyi tarixi binaların üzərində göstəricilərin vurulması təmin edilməlidir.

Vurğulanıb ki, sessiyanın açılış mərasimi əvvəlcə nəzərdə tutulduğu kimi Qoşa Qala qapısında açıq havada deyil, Heydər Əliyev Mərkəzində reallaşacaq. Əsas iclaslar isə Bakı Konqres Mərkəzində keçiriləcək və tədbir UNESCO və BMT-nin saytı vasitəsilə birbaşa və davamlı yayımlanacaq: “Sessiya çərçivəsində iyunun 23-də “Gənc peşəkarların forumu” və iyunun 26-da “Abidə menecerlərinin forumu” da təşkil olunacaq. Buna görə də paytaxtla yanaşı, regionlarda Qəbələ, İsmayıllı, Lahıcda da tədbirlər keçiriləcək”

Bildirilib ki, sessiya günlərində rəngarəng mədəni proqram və tədbirlər təşkil olunmalı, şəhərin ümumi mənzərəsi qonaqlarda xoş təəssürat yaratmalıdır. Bu məqsədlə Dövlət Reklam Agentliyinə müvafiq tapşırıqlar verilib. Vurğulanıb ki, mədəni proqramla əlaqədar “Culture Guide” jurnalının xüsusi buraxılışı nəşr olunub.

Nazir iclasın sonunda bir daha əlaqədar qurumlara öz tapşırıq və tövsiyələrini verib. Təşkilatı işlərlə bağlı sualları cavablandırıb.

UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla bağlı növbəti iclas keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ