Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası öz işini davam etdirib YENİLƏNİB 2 VİDEO

Sessiyanın dördüncü günündə bir sıra qərarlar qəbul edilib

Bakı, 4 iyul, AZƏRTAC

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 4-də öz işini davam etdirir.

AZƏRTAC xəbər verir ki, sessiyanın dördüncü günündə Nepalın Katmandu vadisində yerləşən maddi mədəni abidələrin vəziyyəti haqqında hesabat dinlənilib.

Tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev müzakirə olunacaq hesabatdan danışıb.

Çin, İndoneziya, Tunis, Zimbabve, Küveyt və digər ölkələrin nümayəndələri çıxış edərək Katmandu vadisindəki abidələr barədə fikirlərini söyləyiblər. Bildirilib ki, 2015-ci ildə Nepalda baş verən güclü zəlzələ zamanı ölkədə tarixi abidələrə xeyli ziyan dəyib və onlar dağılmaq təhlükəsi ilə üzləşib.

Çıxış edən bəzi ölkələrin nümayəndələri Məşvərət Şurasından Katmandu vadisinin Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına salınmasını təklif ediblər. Orada 40-a yaxın tarixi maddi irs abidələri var.

Nepal nümayəndəsi tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirərək, Katmandu vadisindəki tarixi abidələrin vəziyyəti və burada görülən işlər barədə məlumat verib. O deyib ki, Nepal 2015-ci ildən Ümumdünya İrs Komitəsinin tövsiyələrini yerinə yetirməyə çalışıb və onlarla abidənin reabilitasiyasına cəhd edib. Nepal Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına düşməkdənsə bu işləri davam etdirməyə cəhd edir. “Biz düşünürük ki, Ümumdünya İrs Komitəsinin dəstəyi ilə birlikdə biz Katmandu Vadisində restavrasiya işlərini tamamlaya bilərik. Buna görə də bizə əlavə bir il verilməsini xahiş edirik. Bildiririk ki, restavrasiya işləri yeni konvensiya əsasında aparılacaq. Nepal hökuməti müvafiq dəstək almaq üçün artıq UNESKO-nun Ümumdünya İrs Komitəsinə müraciət edib. Söz veririk ki, konservasiya işlərini vaxtında yerinə yetirməyə çalışacağıq", - deyə o əlavə edib.

Katmandu vadisinin Təhlükəli Vəziyyətdə olan Abidələrin Siyahısına salınması təxirə salınıb və Nepal hökumətinə qeyd olunan çatışmazlıqların aradan qaldırılması ilə bağlı əlavə bir il vaxt verilib.

Sessiyada, həmçinin Pakistanın Lahor şəhərindəki tarixi abidələr, Fort və Şalamar bağları ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, yerli hökumətin çəkmək istədiyi metro xətti şəhərdəki tarixi abidələrə ciddi zərər vura, eyni zamanda, Fort və Şalamar bağlarında yaşıllıqların məhvi fauna və floraya təsir göstərə bilər. Pəncab əyalətinin paytaxtı sayılan Lahor şəhəri Ravi çayı sahilində, Hindistanla sərhədə yaxın ərazidə yerləşir. Bu qədim şəhərdəki mədəni irsin qorunması olduqca vacibdir.

Pakistanın nümayəndəsi ölkəsinin mədəni irsin qorunmasına hər zaman sadiq qaldığını bildirib. O deyib ki, cari ilin aprelində beynəlxalq missiyanın iştirakı ilə əraziyə baxış keçirilib. Tövsiyə olunan məsələlərin bir hissəsi artıq öz həllini tapıb, digərlərinin də həyata keçirilməsi davam etdiriləcək. “Yerli və beynəlxalq ekspertlərin Lahor şəhərindəki tarixi abidələrin, Fort və Şalamar bağlarında fauna və floranın qorunması, yaşıllıqların bərpası istiqamətində verilən tövsiyələrlə bağlı ölkəmiz üzərinə düşən öhdəliyi yerinə yetirmək istiqamətində ciddi işlər aparır”, - deyə pakistanlı nümayəndə qeyd edib.

Çıxırlar zamanı Azərbaycanın Pakıstanla bağlı hesabata əlavə etdiyi dəyişikliklər müsbət qarşılanıb. Müzakirələrin nəticəsi olaraq, Pakistan hökumətinə əlavə vaxt verilib.

Sessiyada Pakistandakı Makli və Thattada yerləşən tarixi məkanlar barədə də müzakirələr aparılıb. Bildirilib ki, Pakistanla bağlı bu layihədə hər iki şəhərdəki tarixi abidələrin real vəziyyəti və onların konservasiyası ilə bağlı görüləcək işlər yer alıb. Hər iki şəhərdəki tarixi abidələrlə bağlı qərar qəbul edilib.

Müzakirə olunan növbəti məsələlər sırasında Asiya-Sakit okean regionunda yerləşən mədəni mirasın qorunması istiqamətində görülən işlər yer alıb. Regionda yerləşən Çin, Şri-Lanka, Tailand, Yaponiya, Özbəkistan, İndoneziya, Banqladeş, Nepal və digər ölkələrdə aparılan işlərin tarixi irsə mənfi təsirləri açıqlanıb.

UNESKO-nun Ümumdünya İrs Mərkəzi və ICOMOS-un nümayəndələri çıxış edərək Səmərqənddə olan tarixi abidələrin vəziyyəti ilə bağlı fikirlərini səsləndiriblər. Qeyd olunub ki, Səmərqənddə yaradılmaqda olan turizm zonası ilə bağlı bəzi abidələrin vəziyyəti narahatlıq doğurur və üzv dövlət bu layihə ilə bağlı məlumatları vaxtında komitəyə təqdim etməyib. Yaxşı olardı ki, tez bir zamanda şəhərin baş planı haqqında komitəyə məlumat verilsin.

Bildirilib ki, Özbəkistan hökuməti Səmərqənddə reallaşdırılan 5 mühüm layihə barədə UNESKO-ya məlumat versə də, bəzi məsələlərdə hələ də razılığa gəlinməyib.

Günün ikinci yarısında sessiya öz işini yarımçıq qalmış məsələlərin müzakirəsi ilə davam etdirib. Əvvəlcə Özbəkistanın Səmərqənd şəhərinin qədim hissəsinin konservasiyası ilə bağlı məsələ müzakirə edilərək qərar qəbul olunub. Həmin qərarda şəhərin qədim hissəsində otellərin tikintisinin dayandırılması və konservasiya işlərinin gücləndirilməsi məsələsi yer alıb. Bu işlərin görülməsi zamanı Ümumdünya İrs Komitəsinin və ICOMOS ekspertlərinin tövsiyələrinin nəzərə alınmasının zəruriliyi vurğulanıb. Bildirilib ki, 44-cü sessiyaya qədər Özbəkistan tərəfi quruma öz hesabatını təqdim etməlidir.

Növbəti müzakirə Bolqarıstandakı qədim liman şəhəri Nesebırdakı vəziyyətlə bağlı olub. Belə ki, üzv dövlətin məruzəsində qeyd edilən müsbət dəyişikliklər ICOMOS ekspertlərinin hesabatında da öz əksini tapıb. Buna görə də Bolqarıstandan Nesebır şəhərinin vəziyyətini yaxşılaşdırmaq üçün konservasiya tədbirlərini gücləndirmək, tövsiyə edilən təklifləri yerinə yetirmək xahiş edilib. Bolqarıstan 2021-ci ildə keçiriləcək 45-ci sessiyada hesabat verməlidir. Əgər müsbət dəyişiklik olmazsa, o zaman Nesebır təhlükə altında olan məkanlar siyahısına daxil ediləcək.

Sonra əvvəlcədən sessiya iştirakçılarına paylanmış bir neçə sənəd - Orta Reyn, Monteneqro, Kiji (Rusiya), Diyarbəkir meşəsi (Türkiyə), Buda qəsri (Macarıstan) və digər məsələlərə dair qərar layihələri müzakirəsiz qəbul edilib.

Sessiyada Çilinin Valparaiso şəhəri üzrə, eləcə də Karib dənizi və Latın Amerikası üzrə qısa hesabatlar dinlənilib.

Sessiya öz işini iyulun 5-də davam etdirəcək.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası öz işini davam etdirib  YENİLƏNİB 2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib