CƏMİYYƏT


UNFPA son münaqişədən zərər çəkmiş bölgələrdə çalışan səhiyyə işçiləri üçün tibbi yardım dəstləri tədarük edib

Bakı, 17 fevral, AZƏRTAC

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyi ümumilikdə 32 reproduktiv sağlamlıq və tibbi ləvazimatlardan ibarət dəstin tədarük edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə çatdırılmasını yekunlaşdırıb.

UNFPA-nın Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən dəstlərin tərkibinə kliniki doğuşayardım və qanköçürmə dəstləri, xəstələrə baxım üçün birdəfəlik ləvazimatlar, eləcə də infeksion xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman ləvazimatları və s. vasitələr daxildir.

Növbəti mərhələdə dəstlərin son münaqişədən zərər çəkmiş 8 bölgədə (Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Ağcabədi, Gəncə, Mingəçevir) fəaliyyət göstərən mərkəzi rayon xəstəxanalarının tibbi heyətinə paylanılması nəzərdə tutulur.

Bu fəaliyyət UNFPA-nın son münaqişə nəticəsində zərər çəkmiş bölgələrdə yaşayan mülki əhalinin humanitar ehtiyaclarının təmin edilməsi istiqamətində Azərbaycan hökumətinin səylərinə verdiyi dəstək çərçivəsində baş tutub.

BMT-nin Əhali Fondu reproduktiv sağlamlıq və hüquqların təşviqinə çalışan BMT-nin aparıcı təşkilatıdır. Azərbaycanda fəaliyyət göstərdiyi 25 ildən artıq müddət ərzində BMT-nin Əhali Fondunun səyləri əhalinin mövcud və gələcək ehtiyaclarının müvafiq şəkildə həll olunması üçün milli siyasət və proqramların formalaşdırılması, həyata keçirilməsi və monitorinqi üçün demoqrafik məlumatların mövcudluğunu, əlçatanlığını və istifadəsini yaxşılaşdırmaq üçün milli potensialın artırılmasına yönəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.