İQTİSADİYYAT
UŞAQ İNTERNAT MƏKTƏBLƏRİ BƏRPA OLUNUR
Avropa Birliyi Fövqəladə Yardım Proqramının III tranşı üzrə Bakı şəhərində və respublikanın rayonlarında kimsəsiz və əlil uşaqlar üçün internat məktəblərin və xüsusi müəssisələrin bərpası aparılır.
Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, əlil uşaqlar üçün 9 internat məktəbin və müəssisənin bərpasına 2 milyon avro ayrılmışdır. Bu obyektlər bərpa ilə yanaşı, texnoloji avadanlıqla və mebellə təchiz olunacaqdır. Saray qəsəbəsində 7 saylı internat məktəbində bərpa işləri başa çatmış, Səbail, Zabrat uşaq müəssisələrində, 8 nömrəli Xanlar internat evində işlər cari ilin IV rübündə, Şüvəlan, Xətai uşaq internatlarında bərpa işləri 2005-ci ilin birinci rübündə, 1 nömrəli Maştağa, 10 nömrəli Pirşağı internat məktəblərində isə 2005-ci ilin üçüncü rübündə başa çatacaqdır.