CƏMİYYƏT


ÜST Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrində infeksiyaların profilaktikası və nəzarət tədbirlərinin qiymətləndirilməsi missiyası həyata keçirib

Bakı, 23 fevral, AZƏRTAC

COVID-19 pandemiyasına qarşı mübarizədə infeksiyaların profilaktikası və nəzarət tədbirlərinə riayət edilməsi vacibdir. Bu sahədəki ehtiyacların ödənilməsinin əhəmiyyətini nəzərə alaraq, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə ölkəmizin münaqişədən zərər çəkmiş bölgələrində müvafiq standartların qiymətləndirilməsi üçün missiya həyata keçirib. ÜST-nin Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, missiya Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST-nin Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü layihəsi çərçivəsində keçirilib.

Missiya zamanı Bərdə, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonunda yerləşən tibb müəssisələrində xəstələrin skrininq və triaj, reanimasiya, doğum, sterilizasiya və cərrahiyə şöbələri, həmçinin tibbi tullantılarının idarə olunmasına dair tədbirlərin qiymətləndirilməsi həyata keçirilib.

Missiya çərçivəsində qeyd edilən rayonlardakı xəstəxanaların direktorları ilə infeksiyaların qarşısının alınması və nəzarət tədbirləri sahəsindəki ehtiyacların qarşılanmasında mümkün dəstək yolları müzakirə edilib və ÜST ekspertləri tərəfindən bu sahədəki standartların yüksəldilməsinə dair məsləhətlər verilib. Bununla yanaşı, 100-dək səhiyyə işçisinə, o cümlədən həkim, epidemioloq, tibb bacısı və digər tibb işçilərinə müzakirələr zamanı müəyyən edilmiş prioritet istiqamətlər üzrə təlim keçilib. Təlim bir neçə sessiya şəklində və mövcud karantin məhdudiyyətləri və infeksiyaların profilaktikası və nəzarət tədbirlərinin tələblərinə uyğun təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.