DÜNYA


ÜST: Dünyada koronavirusdan ölənlərin sayı 3 milyonu ötüb

Bakı, 19 aprel, AZƏRTAC

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 809 mindən çox artıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, ötən sutka ərzində 809 004 nəfər yeni növ koronavirusa yoluxub, 11 481 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 140 322 903, ölənlər isə 3 003 794 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.