CƏMİYYƏT


ÜST: Həftə ərzində dünyada koronavirusdan ölüm halları 16 faiz azalıb

Bakı, 23 iyun, AZƏRTAC

Ötən həftə ərzində dünyada 3,36 milyondan çox insan koronavirusa yoluxub, bu səbəbdən ölənlərin sayı 7,5 mindən çox olub.

AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji bülleteninə istinadla xəbər verir ki, əvvəlki yeddi günün müvafiq göstəriciləri ilə müqayisədə ölüm hallarının sayı 16 faiz, yoluxma hallarının sayı 4 faiz azalıb.

İnformasiya bülletenində göstərilir ki, həftə ərzində qeydiyyata alınmış yeni yoluxma hallarının sayı azalmaqda davam edib. ÜST-yə daxil olmuş məlumata görə, ötən həftə 3.360.453 nəfər yoluxub, 7.592 nəfər vəfat edib.

Yoluxanların daha əhəmiyyətli dərəcədə azalması Afrikada qeydə alınıb (21 faiz). Bununla bərabər, xəstəliyin nəzərəçarpacaq dərəcədə artması Cənub-Şərqi Asiyada (46 faiz) və Şərqi Aralıq dənizi bölgəsində (45 faiz) müşahidə olunub. Cənub-Şərqi Asiyada ölüm halları 4 faiz artıb. Eyni zamanda Afrikada bu göstərici 24 faiz, Avropada isə 26 faiz azalıb.

Həftə ərzində yeni yoluxma hallarının ən çoxu ABŞ-da qeydə alınıb (652 217), sonrakı yerləri Çin (406.401), Almaniya (356.414), Braziliya (256.034) və Fransa (253.322) tutur. Yeddi gün ərzində ən yüksək ölüm halları da ABŞ-da qeydiyyata alınıb (1.858). Sonrakı yerləri Çin (1.044), Braziliya (956), Rusiya (443) və İtaliya (338) tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.