CƏMİYYƏT


ÜST: Son dörd həftədə dünyada COVID-19-dan ölüm halları 8 faiz azalıb

ÜST: Son dörd həftədə dünyada COVID-19-dan ölüm halları 8 faiz azalıb

Bakı, 9 fevral, AZƏRTAC

Yanvarın 9-dan fevralın 5-dək olan müddətdə 10 milyondan artıq insan COVID-19-a yoluxub, onların 90 mindən çoxu vəfat edib. Əvvəlki 28 günlə müqayisədə infeksiya nəticəsində həyatını itirənlərin sayı 8 faiz, yoluxma halları isə 89 faiz azalıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bülletenində məlumat verilib.

ÜST-nin məlumatına görə, dünyada son dörd həftə ərzində 10 458 265 yoluxma və 90 520 ölüm halları qeydə alınıb.

Son 28 gündə ən çox yoluxma Çində (3 485 265) aşkar edilib. Bunun ardınca Yaponiya (2 429 215), ABŞ (1 328 65736), Koreya Respublikası (736 811) və Braziliya (389 444) gəlir. Çində yanvarın 9-dan fevralın 5-dək olan müddətdə ən çox ölüm halı (40 812) qeydə alınıb. Daha sonra ABŞ (15 294), Yaponiya (9 874), Böyük Britaniya (2 671) və Braziliya (2 566) yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.