CƏMİYYƏT


ÜST-də koronavirus pandemiyasının “omikron” ilə başa çatacağı barədə şayiələri təkzib ediblər

Bakı, 19 yanvar, AZƏRTAC

“Omikron” ştamının COVID-19 koronavirusunun sonuncu variantı olması və pandemiyanın bu ştamla başa çatacağı barədə şayiələr həqiqətə uyğun deyil: ştamın yayılmasının indiki səviyyəsində hər şey ola bilər.

AZƏRTAC xəbər verir ki, ÜST nümayəndəsi bu sözləri brifinqdə jurnalistlərin suallarına cavab olaraq söyləyib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son bir həftə ərzində COVID-19-a yeni yoluxma hallarının sayı 20 faiz artıb – ötən 7 gündə 19 milyon insan xəstələnib. ÜST-də xatırladırlar ki, bu rəqəmlər yalnız rəsmən qeydə alınmış halları əks etdirir və real rəqəmlər daha yüksək ola bilər. Həftə ərzində ölüm hallarının sayı dəyişməyib və təqribən 45 minə bərabər olub.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri doktor Tedros Gebreyesusun sözlərinə görə, “ola bilsin, “omikron” ştamı orta hesabla infeksiyanın daha yüngül formalarına səbəb olur, lakin onun daha az təhlükəli olduğunu güman etmək səhvdir. Belə münasibət pandemiyaya qarşı mübarizə tədbirlərinə mənfi təsir göstərir və bizə itirilmiş həyatlar bahasına başa gələ bilər”.

ÜST nümayəndələri jurnalistlərin suallarına cavab verərək, COVID-19-a qarşı vaksinlərin “buster” dozalarının tətbiqi məsələsinə də toxunublar. Təşkilatın aparıcı elmi işçisi Sumiya Svaminatan bildirib ki, hazırda uşaqlara və yeniyetmələrə “buster” vaksin dozaları vurulmasının zəruri olmasını göstərən heç bir məlumat yoxdur. Onun sözlərinə görə, ÜST ekspertləri bu həftə toplaşaraq, əlavə vaksin dozalarının zəruriliyi və COVID-19 səbəbindən ölüm hallarının azaldılmasında bu dozaların rolu məsələsini müzakirə edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.