DÜNYA


“Uber” 20 il ərzində bütün avtomobillərini elektrikli edəcək

Bakı, 10 sentyabr, AZƏRTAC

Mobil nəqliyyat platforması olan “Uber” 2040-cı ilə qədər istifadəsindəki bütün avtomobillərin elektrikli olacağını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, “Uber”in açıqlamasında bu keçid üçün sürücülərə 2025-ci ilədək maddi dəstəyin veriləcəyi bildirilib. Belə ki, sürücülərə elektrikli avtomobillərə keçmələri üçün 5 il ərzində 800 milyon dollar yardım ediləcək. Şirkət yardımların bir hissəsinin nəqliyyat vasitəsinin alınmasında endirimlər şəklində və ya daha rahat icarə üçün veriləcəyini açıqlayıb.

Qeyd edək ki, “Uber”in ABŞ-dakı kiçikmiqyaslı rəqibi “Lyft” də 2030-cu ilə qədər 100 faiz elektrikli nəqliyyat vasitələrinə keçəcəklərini elan etmişdi. Lakin şirkət keçid üçün sürücülərə hər hansı bir maliyyə dəstəyi verməyəcəyini bildirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.