REGİONLAR


Ucarda biçilən zəmilərdə orta məhsuldarlıq 27 sentner təşkil edir

Ucar, 22 iyun, AZƏRTAC

Ucar rayonunda cari mövsümdə 14 min 427 hektar sahədə taxıl yetişdirilib və artıq 13 min 128 hektar sahənin məhsulu yığılıb.

Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahsoltan İbrahimovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumatda bildirilir ki, taxıl sahələrinin 6463 hektarı buğda, 7964 hektarı arpadır. Hazırda bütün qüvvələr bu mühüm strateji məhsulun yığımının tez və itkisiz başa çatdırılmasına səfərbər edilib. Hər gün sahələrə 40–dək kombayn çıxarılır. Biçilən zəmilərdə orta məhsuldarlıq 27 sentner təşkil edir. Əksər ərazilərdə, xüsusilə Yuxarı Şilyan, Təzə Şilyan, Qaziyan, Boyat və bir sıra digər ərazi dairələrində biçin daha mütəşəkkil gedir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.