REGİONLAR


Ucarın əksər ərazilərində taxıl səpini başa çatıb

Ucar, 8 dekabr, AZƏRTAC

Ucar rayonunda 15 min 146 hektarda payızlıq taxıl əkilib və əksər ərazi icra nümayəndəliklərində bu mühüm kampaniya başa çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son vaxtlar havaların əlverişsiz keçməsi taxılçıların işində çətinliklər yaratsa da, payızlıq səpin artıq yekunlaşmaq üzrədir. Əkilən 7756 hektar arpa və 7390 hektar buğda sahələrinin 80-90 faizində normal çıxış alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.