REGİONLAR


Ucarlı kümçülər 11,2 tondan çox yaş barama təhvil veriblər

Ucar, 24 iyun, AZƏRTAC

Ucar rayonunun kümçüləri yaş barama tədarükünü başa çatdırıblar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə kümçülər tərəfindən 11 ton 202 kiloqram yaş barama tədarük olunub və “Azəripək” MMC-yə təhvil verilib.

Qeyd edək ki, Ucar rayonunda baramaçılıq ənənəvi təsərrüfat sahəsidir və demək olar, bütün ərazi dairələrində hər il ipəkqurdu bəslənilir. Hər il olduğu kimi, təcrübəli kümçülər cari mövsümdə də yaxşı məhsul əldə etməyə nail olublar. Belə ki, Yenicə kəndindən kümçü Kamil İbrahimov 235,3 kiloqram yaş barama istehsal edib. Habelə, Qəribli kəndindən Pünhan Məmmədov 208,1 kiloqram, Eymur kəndindən Qalib İbrahimov 196 kiloqram, Pirkəkədən Ehtiqam Mikayılov 131,1 kiloqram barama yetişdirməyə nail olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.