İQTİSADİYYAT
Üç ayda Azərbaycandan 8 milyon tonadək neft və 2,3 milyard kubmetr təbii qaz göndərilib
Bakı, 17 may, AZƏRTAC
İxrac olunduğu zaman gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan xam neft və təbii qazın həcmi nəzərə alınmaqla, bu ilin yanvar-mart aylarında ölkədən 7 milyon 951,3 min ton xam neft, 2 milyard 357,2 milyon kubmetr təbii qaz göndərilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Bildirilir ki, faktiki ölkə sərhədini keçən xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 5090,9 milyon ABŞ dollarına bərabər olmuş və əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 16,4 faiz azalıb. Ölkədən ixrac olunmuş məhsulların statistik qiymətləndirilmiş dəyəri 3578,1 milyon dollar təşkil edərək əvvəlki ilin eyni dövrünün səviyyəsindən real ifadədə 9,2 faiz az olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]