ELM VƏ TƏHSİL
Üç mindən çox bakalavr ixtisaslaşma seçimi edib
Bakı, 13 iyun, AZƏRTAC
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bakalavrların ixtisaslaşma seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, iyunun 13-ü saat 12:50-yə olan məlumata görə, ümumilikdə 3483 nəfər (Azərbaycan bölməsi üzrə 3163, rus bölməsi üzrə 320) ixtisaslaşma seçimi edərək ərizəsini təsdiqləyib. İxtisaslaşma seçimi iyunun 18-dək aparılacaq.
“Magistr” jurnalının bu il nəşr olunan 4 nömrəli buraxılışında 42-ci səhifədə Bakı Ali Neft Məktəbinə qəbul üçün 248116 kodlu Biznesin idarə edilməsi (MBA proqramı üzrə) ixtisası Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə ikili diplom proqramı olaraq göstərilib. Həmin ixtisas üzrə təhsil ingilis dilindədir və proqramı müvəffəqiyyətlə bitirən hər bir tələbəyə yekunda yalnız Bakı Ali Neft Məktəbinin diplomu verilir.