ELM VƏ TƏHSİL


Uçuş mühəndisliyi və hava nəqliyyatının hərəkətinin təşkili ixtisaslarını seçmək istəyən abituriyentlərin nəzərinə

Bakı, 17 avqust, AZƏRTAC

Bu il Milli Aviasiya Akademiyasının uçuş mühəndisliyi və hava nəqliyyatının hərəkətinin təşkili ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimindən öncə xüsusi tibbi və psixofizioloji müayinədən və fiziki hazırlıq üzrə qabiliyyət müsabiqəsindən keçmələri tələb olunmur. Abituriyentlər ixtisas seçimi ərizələrində qeyd olunan ixtisasları göstərə bilərlər. Lakin həmin ixtisaslara qəbul olmuş abituriyentlər akademiyanın I kursunda oxuduqları müddətdə xüsusi tibbi müayinədən və qabiliyyət müsabiqələrindən keçməlidirlər.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən Məlumat verilib. Bildirilib ki, xüsusi tibbi müayinəni və qabiliyyət müsabiqələrini müvəffəqiyyətlə keçən abituriyentlər təhsillərini tələbəsi olduqları ixtisaslarda davam etdirəcəklər. Xüsusi tibbi müayinəni və yaxud qabiliyyət müsabiqələrini keçə bilməyən tələbələrə isə təhsillərini başqa ixtisaslarda davam etdirmək seçimi təklif olunacaq. Bu barədə elan Milli Aviasiya Akademiyasının rəsmi internet səhifəsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.