DÜNYA


Uelsdə yenidən karantin qaydaları sərtləşdirilib

London, 19 oktyabr, AZƏRTAC

Uelsdə yenidən karantin qaydaları sərtləşdirilib.

Cümə günündən etibarən başlanacaq karantin noyabrın 9-na qədər davam edəcək.

Restoranlar, klublar, otellər və bəzi mağazalar bağlanacaq.

Həmçinin Uelsdə insanların qapalı və ya açıq yerlərdə toplaşmasına və bir-birinin evinə gedib gəlməsinə də qadağa qoyulub.

Uelsin birinci naziri Mark Dreykford qoyulan məhdudiyyətlərin virusun yavaşlamasına kömək olacağını söyləyib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.