İQTİSADİYYAT


“Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi ilə görüş keçirilib

Bakı, 1 iyul, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yerli Qurumların Fəaliyyətinin Əlaqələndirilməsi Baş İdarəsinin rəisi Elçin Bəylərov “Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Şikar İsmayılov ilə mentorluq proqramı çərçivəsində növbəti görüş keçirib.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, E.Bəylərov “Uğur yolu” Karyera İnkişaf Proqramının bilik və bacarıqları yüksək olan şəxslərin müəyyən edilməsi, yeni nəsil idarəçilərin hazırlanması və kadr potensialının gücləndirilməsində mühüm rolunu vurğulayıb. Daha sonra şəxsi inkişaf təcrübəsi və əldə edilmiş biliklərin səmərəli tətbiqi barədə məlumat verilib.

Görüşdə idarəçilərdən tələb olunan keyfiyyətlər, təkmilləşmə üçün müasir alətlər, təhliletmə və qərarvermə bacarıqları müzakirə olunub, iştirakçını maraqlandıran suallar cavablandırılıb, növbəti dövr üçün iş planı müəyyənləşdirilib.

Ş.İsmayılov mentorluq proqramı üçün təşəkkürünü bildirib, qazandığı təcrübənin özünün idarəetmə bacarıqlarının inkişafında əhəmiyyətli olduğunu söyləyib.

Qeyd olunub ki, “Uğur yolu” müsabiqəsinin qaliblərinin şəxsi inkişafı məqsədilə tətbiq edilən mentorluq proqramı İqtisadiyyat Nazirliyinin rəhbər şəxsləri ilə 1 il müddətində mütəmadi görüşlərin, müzakirələrin keçirilməsini və birgə işləməyi nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.