DÜNYA
Ukrayna Ali Radası əcnəbi tələbələrin xarici dillərdə təhsil almalarına icazə verməyib
Kiyev, 16 sentyabr, AZƏRTAC
Ukrayna Ali Radası bu ölkənin ali məktəblərində tədrisin xarici dillərdə, o cümlədən rus dilində aparılmasına icazə verilməsindən imtina edib.
AZƏRTAC RBK-Ukrayna portalına istinadla xəbər verir ki, bu qanun layihəsinin əsas variant kimi qəbul edilməsini Ali Radanın yalnız 210 deputatı dəstəkləyib. Qanun layihəsinin təkrar birinci oxunuşa göndərilməsi lehinə 235 parlamentari səs verib.
Bu qanunda fiziki və hüquqi şəxslərin vəsaiti hesabına, yalnız əcnəbilərdən və ya vətəndaşlığı olmayan şəxslərdən ibarət ayrı-ayrı qruplarda ali təhsil almaq istəyən əcnəbi vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər üçün təhsilin xarici dildə aparılmasının mümkünlüyünü təsbit etmək təklif olunurdu.
Nəzərdə tutulurdu ki, belə şəxslər tərəfindən dövlət dilinin öyrənilməsini ali təhsil müəssisələri təmin edəcəklər.
Rüstəm Məmmədov
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]