DÜNYA


Ukrayna “Normand görüşü”nün Donbas münaqişəsinin həllinə yol açacağına ümid bəsləyir

Kiyev, 14 noyabr, AZƏRTAC

Ukrayna ümid edir ki, “Normand görüşü”ndə Donbas münaqişəsinin həllinə yol açılacaq.

AZƏRTAC xəbər verir ki, bu bəyanatla Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko Kiyevdə avstriyalı həmkarı Aleksandr Şallenberqlə birgə keçirdiyi mətbuat konfransında çıxış edib.

Nazirin sözlərinə görə, görüşün əsas mövzusu əsir və girovların dəyişdirilməsi, Donbas münaqişəsinin həlli yolları olacaq.

“Ukraynalılar beş ildir ki, “Normand dördlüyü”nün görüşünü böyük səbirsizliklə gözləyir. Biz məhz bu görüşdə Donbas münaqişəsinin həllinə gedən yolu açmaq istəyirik”, - deyə nazir əlavə edib. V.Pristayko bildirib ki, Rusiya tərəfi görüşə hazır olduğunu açıqlayıb. Sadəcə, danışıqların vaxtı və yeri barədə müzakirələr aparılır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.