DÜNYA


Ukrayna Prezidenti Türkiyə Prezidenti və BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Kiyev, 18 avqust, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 18-də Lvov şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş ilə ikitərəfli görüş keçirib.

AZƏRTAC xəbər verir ki, Zelenski teleqram səhifəsində etdiyi paylaşımda Antonio Quterreş ilə görüşdə Ukrayna və BMT-nin taxıl təşəbbüsünün həyata keçirilməsində koordinasiyanı davam etdirmək barədə razılığa gəldiyini yazıb.

Görüşdə “taxıl dəhlizləri” haqqında sazişin mümkün inkişaf istiqamətləri, Rusiya ilə Ukrayna arasında əsir və girovların dəyişdirilməsi, Zaporoyje Atom Elektrik Stansiyasında baş verə biləcək təhlükənin qarşısının alınması məsələləri də müzakirə olunub.

Ərdoğanın Zelenski ilə görüşündə isə Türkiyə-Ukrayna münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsi, “taxıl dəhlizi” məsələsində Türkiyənin rolu, regiondakı son vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Voolodimir Zelenski və BMT-nin Baş katibi Antonio Qutereşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.