DÜNYA


Ukrayna Rusiya qazının tədarükü üçün mövcud bazar qiyməti üzrə yeni müqaviləni müzakirə etməyə hazırdır

Kiyev, 20 sentyabr, AZƏRTAC

Ukrayna Rusiya təbii qazının birbaşa tədarükü üçün mövcud bazar qiymətində yeni müqaviləni müzakirə etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri keçirdiyi mətbuat konfransında Ukraynanın Enerji və Ətraf Mühit naziri Aleksey Orjel söyləyib.

Sentyabrın 20-də Brüsseldə Ukrayna, Rusiya və Avropa İttifaqı - üçtərəfli qaz danışıqlarını şərh edən A.Orjel bildirib ki, qaz tranziti müqaviləsi Ukrayna üçün əsas məsələdir.

"Rusiya tərəfi birbaşa tədarük məsələsini qaldırıb. Biz onlarla razılığa gəldik ki, məsləhətləşmələr çərçivəsində bunu daha sonra bazar prinsiplərinə əsaslandıraq", - deyə nazir əlavə edib.

O, görüşdə, həmçinin Rusiya qazının nəql həcmindən asılı olaraq tranzitdə mümkün qiymət endirimi məsələsinin də müzakirə olunduğunu söyləyib.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.