DÜNYA


Ukrayna apteklərində COVID-19 üçün testlər satıla bilər

Kiyev, 10 aprel, AZƏRTAC

Ukrayna Səhiyyə nazirinin müavini, baş sanitar həkim Viktor Lyaşko bildirib ki, COVID-19 koronavirusunun üzə çıxarılması üçün ekspress-testlər rəsmən apteklərdə satıla bilər.

AZƏRTAC xəbər verir ki, nazir müavini bunu brifinqdə söyləyib.

Onun sözlərinə görə, bioloji təhlükəsizlik tələblərinə cavab verən və ikinci sinif patogenlik törədicisi ilə işləmək hüququ olan test-sistemləri özəl laboratoriyalar da ala bilər.

Viktor Lyaşko qeyd edib ki, özəl laboratoriyalar artıq belə tədqiqatlar aparırlar və nəticələr təqdim edirlər.

Qeyd edək ki, Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, son 1 gündə ölkədə COVID-19 virusuna 311 yeni yoluxma halı qeydə alınıb. Bununla da xəstələrin ümumi sayı 2203 nəfərə çatıb, onların 69 nəfəri dünyasını dəyişib, 61 nəfəri sağalıb.

Rüstəm Məmmədov

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.