CƏMİYYƏT


Ukrayna saytında ümummilli lider Heydər Əliyev haqqında məqalə verilib

Kiyev, 9 may, AZƏRTAC

Ukraynanın “Versii” saytında soydaşımız, hüquq elmləri doktoru, Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyevin ümummilli lider Heydər Əliyevə həsr olunmuş məqaləsi verilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan xalqının həyatında bir çox əlamətdar hadisələrin Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilir. Bildirilir ki, bu dahi, müdrik və qətiyyətli insanın liderliyi hesabına bu gün Azərbaycan böyük inkişaf yolunu keçib.

Diqqətə çatdırılır ki, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq milli ideologiyası ən böyük dəyərdir. Heydər Əliyevin müstəqil və sabit dövlət qurmaq üçün atdığı addımlar nəticəsində Azərbaycanın təhlükəsizliyini qoruya bilən ordu yaradılıb, 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edilib. Heydər Əliyev tərəfindən yaradılan yeni Konstitusiya Azərbaycanın gələcək illərdə sabit inkişafını təmin edən əsas qanuna çevrilib.

Müəllif qeyd edir ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycanda həyatın bütün sahələrində kəskin donuş baş verdi. Respublikada ictimai-siyasi sabitlik bərqərar oldu, parçalanma və dövlət çevrilişi təhlükəsi aradan qalxdı və hər şeydən vacibi, Heydər Əliyev milli həmrəyliyə nail olmaqla öz doğma xalqını vahid ideologiya ətrafında birləşdirə, ona sabahkı günə inam hissi aşılaya bildi.

Məqalədə Ulu Öndərin fəaliyyəti barədə geniş məlumat verilib, müasir Azərbaycanın memarı olan Heydər Əliyevin praqmatik siyasətinin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.