CÜMHURİYYƏT - 100
Ukrayna telekanalında Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı xüsusi reportaj yayımlanıb
Kiyev, 22 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı Ukraynanın “5-ci kanal”ında geniş reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, telekanal 100 illik tariximizlə bağlı Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə müsahibəni təqdim edib.
Səfir qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici ölkələrdə ilk səfirliklərimizdən biri məhz Kiyevdə açılıb. O dövrdən Azərbaycan və Ukrayna arasında dostluq münasibətləri qurulub.
A.Xudiyev qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi xaricdə də təntənəli şəkildə qeyd olunur.
Xüsusi reportajda Azərbaycanın Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tarixi faktlar da yer alıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev