DÜNYA


Ukrayna və Türkiyə iriçaplı artilleriya silahının birgə istehsalını müzakirə edib

Kiyev, 11 sentyabr, AZƏRTAC

Ukrayna və Türkiyə iriçaplı artilleriya silahının birgə istehsalını müzakirə edib.

AZƏRTAC “Ukroboronproma” dövlət qurumunun mətbuat xidmətinə istinadla xəbər verir ki, Ukrayna iriçaplı artilleriya silahının istehsalına dair Türkiyənin “NOTM” şirkəti ilə danışıqlar aparır. “Türkiyə şirkətləri ilə əməkdaşlıq yerli silahların NATO standartlarına uyğun istehsalının inkişafına təkan vermək məqsədi daşıyır”, - deyə “Ukroboronproma”nın məlumatında qeyd olunub.

Qeyd edək ki, Ukrayna silahlarının NATO standartlarına uyğunlaşdırılması üçün islahatlar aparır. Hazırda Ukrayna və Türkiyə pilotsuz döyüş aparatı istehsal edir.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.