DÜNYA


Ukraynada çimərlik mövsümü başlayandan gün ərzində orta hesabla on nəfər suda boğulub

Kiyev, 12 iyun, AZƏRTAC

İyunun əvvəlindən indiyədək Ukrayna sularında 103 nəfər boğularaq həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Təkcə ötən sutka ərzində 10 nəfər Ukrayna sularında boğulub. Bu il ərzində isə Ukrayna sularında 379 nəfər boğulub ki, onlardan 42-si uşaq olub.

Dövlət Xidməti belə halların baş verməməsi üçün çimərlik ərazilərində fəaliyyət göstərən obyektlərdə yoxlamalara başlayıb. Bununla yanaşı, vətəndaşların çimərlik mövsümündə təhlükəsizlik qaydalarına əməl etmələri ilə bağlı ictimai müzakirələr keçirilir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.