DÜNYA


Ukraynada əhalinin azalma tendensiyası açıqlanıb

Ukraynada əhalinin azalma tendensiyası açıqlanıb

Kiyev, 19 sentyabr, AZƏRTAC

Bu ilin 7 ayında Ukraynanın əhalisi 138,3 min nəfər azalıb.

AZƏRTAC-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, bu rəqəm ölkənin Dövlət Statistika Xidmətinin hesabatında yer alıb. Hazırda Ukrayna əhalisi 42,2 milyon nəfər təşkil edir.

Hesabat dövründə hər 100 ölüm faktına görə, cəmi 57 doğuş qeydə alınıb. Bu ilin əvvəlindən Ukraynada doğulanların sayı 195 min 748 nəfər, ölənlərin sayı isə 344 min 367 nəfər olub. Ölənlərin 1478 nəfəri bir yaşa qədər uşaqlar olub.

Qeyd edək ki, 2017-ci ildə Ukraynada əhalinin sayı 140 min nəfər azalıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.