DÜNYA


Ukraynada koronavirusa yoluxanların sayı 21 mini ötüb

Kiyev, 25 may, AZƏRTAC

Ukraynada son sutkada 259 nəfər koronavirusa yoluxub, 6-sı isə ölüb.

AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 21 mini ötüb. Onlardan 1546-sı uşaq, 4112-si isə tibb işçisidir. Virusdan ölənlərin sayı 623 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 6585-i tam müalicə olunaraq evlərinə buraxılıb.

Qeyd edək ki, ölkədə iyunun 22-dək karantin rejimi elan edilib. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.