DÜNYA


Ukraynada sutka ərzində 800 nəfərdə COVID-19-a yoluxma faktı aşkarlanıb

Kiyev, 27 iyul, AZƏRTAC

Ukraynada laboratoriya şəraitində iyulun 27-dək 65 min 656, o cümlədən sutka ərzində 807 nəfərdə COVID-19-a yoluxma faktı təsdiqlənib. Daha çox yoluxma halları Lvov, İvano-Frankovsk, Rovensk vilayətlərində aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə brifinq zamanı Ukraynanın Səhiyyə naziri Maksim Stepanov bəyan edib.

Sutka ərzində 161 nəfərin xəstəxanaya yerləşdirildiyi, 11 xəstənin vəfat etdiyi, 315 nəfərin sağaldığı bildirilib.

Ümumilikdə Ukrayna ərazisində koronavirus pandemiyası dövründə 1616 ölüm hadisəsi qeydə alınıb, 36 min 122 nəfər müalicə olunaraq sağalıb.

Rüstəm Məmmədov

Kiyev 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.