DÜNYA


Ukraynadan təxliyə edilən kimsəsiz uşaqlar Türkiyəyə gətiriləcəklər

Ukraynadan təxliyə edilən kimsəsiz uşaqlar Türkiyəyə gətiriləcəklər

İstanbul, 26 mart, AZƏRTAC

Rusiya-Ukrayna böhranı səbəbindən Ukraynadan təxliyə edilən 185 kimsəsiz azyaşlı Türkiyəyə gətiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfirliyindən bildirilib.

Məlumata əsasən, ilkin mərhələdə Ukraynadan təxliyə edilən kimsəsiz uşaqlar Polşaya aparılıblar. Ukrayna dövləti bu uşaqların qəbulu ilə bağlı digər dövlətlərə də müraciət edib. Bu çərçivədə Türkiyənin Daxili İşlər, Xarici İşlər, Ailə və Sosial Xidmətlər nazirlikləri, eləcə də Miqrasiya İdarəsi ilə danışıqlar aparılıb. Türkiyənin yetim uşaqları və onların tərbiyəçilərini qəbul edəcəyi təsdiqlənib.

Nəticə etibarilə təhlükəsizlik səbəbi ilə Ukraynadan Polşaya təxliyə edilən ümumilikdə 185 kimsəsiz uşaq və onların tərbiyəçilərinin martın 26-da Polşadan birbaşa təyyarə ilə Antalyaya gətirilməsi gözlənilir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.