SİYASƏT
Ukraynalı hərbçi: 1992-ci ildə Xocalı faciəsini törədən Ermənistan bu gün də dinc sakinləri hədəfə alır
Kiyev, 16 oktyabr, AZƏRTAC
1992-ci ildə Xocalı faciəsini törədən Ermənistan bu gün də, əsasən, dinc sakinləri hədəfə alır. Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərinin və digər rayonların raket hücumlarına məruz qalması ermənilərin çirkin niyyətlərindən xəbər verir. Beynəlxalq ictimaiyyət Ermənistanın bu təxribatlarını qəti şəkildə pisləməlidir.
Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında ukraynalı hərbçi, ehtiyatda olan polkovnik-leytenant Aleksey Şvaryov söyləyib.
Ukraynalı hərbçi bildirib ki, Ermənistan silahlı qüvvələri birmənalı olaraq Azərbaycan ərazilərini tərk etməlidir.
“Azərbaycanın Silahlı Qüvvələri öz ərazi bütövlüyünü bərpa etmək üçün istənilən gücə malikdir. Azərbaycan Ordusunun bu məqsədlə uğurlu hərbi əməliyyatlar keçirməsi bunun daha bir əyani sübutudur”, - deyə Aleksey Şvaryov əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev