REGİONLAR


Ukraynalı uşaqlar Qəbələ Peşə Təhsil Mərkəzi ilə tanış olublar

Qəbələ, 9 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn və Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdirilən uşaq və gənclərin asudə vaxtları səmərəli təşkil olunur.

Ukraynadakı müharibədən əziyyət çəkən uşaq və gənclər reabilitasiya keçməklə yanaşı, Qəbələnin tarixi məkanlarına, muzeylərə, həmçinin təhsil müəssisələrinə ekskursiyalarda iştirak edirlər. Onların tanış olduqları növbəti ünvan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi olub.

Peşə Təhsil Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, səfər zamanı ukraynalı uşaq və gənclər emalatxanalar, dəzgahlar, sinif otaqları ilə tanış olub, tələbələrin əl işlərindən ibarət sərgiyə baxıblar. Daha sonra çay süfrəsi arxasında söhbət aparılıb, qonaqlara tələbələrin əl işlərindən ibarət hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.