MƏDƏNİYYƏT


“Ulduzla oxu” layihəsi çərçivəsində növbəti görüş

Bakı, 24 sentyabr, AZƏRTAC

Tanınmış müğənni, bəstəkar, Əməkdar artist Miri Yusif pərəstişkarlarını sevindirməyə davam edir.

AZƏRTAC xəbər verir ki, müğənni “Ulduzla oxu” layihəsi çərçivəsində Bakı Kitab Mərkəzinin qonağı olub.

Tədbirdə Miri Yusif yaradıcılığından, bəstəkarlıq fəaliyyətindən söhbət açıb, ən sevdiyi müəllif və kitablardan danışıb.

Sonda müğənninin pərəstişkarları ona yaradıcılığı ilə bağlı suallar verib və birgə mahnı ifa ediblər.

Görüşdə müğənninin pərəstişkarları ilə yanaşı, görmə əngəlli uşaqlar da iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.