CƏMİYYƏT
Ulu Öndər üçün ən vacib işlərdən biri insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı idi
Bakı, 12 dekabr, AZƏRTAC
Ölkəmizin hərtərəfli inkişafına görə ümummilli liderimiz Heydər Əliyevə borcluyuq. Ömrünü xalqının tərəqqisinə həsr etmiş, ona nicat vermiş dahi şəxsiyyətin əziz xatirəsi qədirbilən insanların qəlbində daim yaşayır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində dekabrın 12-də Ümummilli Liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlmiş həkim Ləman Süleymanova deyib.
O vurğulayıb ki, gənclərə daim diqqət göstərən, onların qayğısına qalan, problemlərinin həllinə xüsusi əhəmiyyət verən Ümummilli Lider həmişə xalqına arxalanıb, onun gəncliyinə böyük ümidlər bəsləyirdi. Ulu Öndər dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. O həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində sağlam gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə çalışırdı. Ümummilli lider Heydər Əliyev dövlətin idarəçiliyində gənclərin daha fəal iştirakına xüsusi diqqət yetirib, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edibdir.
“Heydər Əliyevin prezidentliyi dövründə səhiyyəmizin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli işlər görüldü. O cümlədən bir sıra tibb müəssisələrində təmir-tikinti işləri aparıldı, bəzi səhiyyə ocaqları yeni avadanlıq və cihazlarla təchiz edildi. Ulu Öndər üçün ən vacib sahələrdən biri məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub”, - deyə L.Süleymanova vurğulayıb.