CƏMİYYƏT


Ulu Öndərə həsr edilmiş Gənclər Festivalı keçirilib

Bakı, 19 may, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə Dənizkənarı Milli Parkda Gənclər Festivalı keçirilib.

Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə həyata keçirilən festivalda gün boyunca minlərlə gəncin iştirakı ilə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi, Ümummilli Liderə həsr edilən “Heydər Əliyev və Azərbaycan” guşəsində sərgi təşkil olunub, gənclərə onun həyat və fəaliyyətindən bəhs edən videosüjetlər nümayiş edilib.

Açıq hava altında qurulan festival ərazisində aparıcı gənclər və könüllü təşkilatlarının məlumat stendləri yaradılaraq tədbir iştirakçılarına təşkilatların fəaliyyətləri, həyata keçirilən layihələrə gənclərin cəlb edilmə prosesləri və gənclər təşkilatlarının vətəndaş cəmiyyətindəki tutduqları mövqe barədə məlumatlar verilib.

Gənclər Festivalına toplaşan gənclərin əyləncəsinin təmin edilməsi məqsədilə ərazidə yaradılan incəsənət guşəsi ilə yanaşı, intellektual yarış zonaları, viktorinalar, idman oyunları iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən Gənclər Festivalı tanınmış ifaçıların konsert proqramı ilə gecə saatlarınadək davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.