Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Ulu Öndərin 100 illik yubileyinə həsr edilən konfrans: “Gəncliyimiz gələcəyimizdir”

Bakı, 8 may, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Gəncliyimiz gələcəyimizdir” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Konfransdan öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən nəşrlərdən ibarət və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun alimlərinin tədqiqatlarının nəticələrinə dair sərgiyə baxış keçirilib.

Konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq bildirib ki, ölkəmizdə və dünyanın bir çox bölgəsindəki səfirliklərimizdə, eləcə də Akademiyada “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərlə Ulu Öndərin həyat və fəaliyyətinə, həmçinin müstəqil Azərbaycan dövlətinin uğurlarına nəzər yetirilir, keçilmiş yolun təhlil edilməsi ilə gələcək nəsillərə çatdırılması təmin olunur.

AMEA rəhbəri qeyd edib ki, Ümummilli Liderə həsr olunmuş tədbirlər ictimai-siyasi əhəmiyyəti ilə yanaşı, ciddi elmi əhəmiyyətə də malikdir və konfranslarda səsləndirilən fikirlər gələcək tədqiqatların istiqamətini müəyyənləşdirir və tədqiqatçılar üçün baza rolunu oynayır. AMEA-nın və Elm və Təhsil Nazirliyinin əhatə etdiyi institutların Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirlərlə, işıq üzü görən nəşrlərlə Azərbaycanda HeydərƏliyevşünaslığa sanballı töhfələr verdiyini, başqalarına örnək olduğunu deyən akademik İsa Həbibbəyli bildirib ki, bu, alimlərimizin mənəvi borcudur və məsuliyyətlə yerinə yetirirlər.

Prezident İlham Əliyevin XXI əsrin dünya liderləri sırasında özünəməxsus yeri olduğunu qeyd edən AMEA rəhbəri bu gün dövlət başçımızın BMT-dən sonra ən böyük siyasi təşkilat olan Qoşulmama Hərəkatına sədrlik etdiyini diqqətə çatdırıb. AMEA prezidenti qeyd edib ki, bu gün Qarabağa “Böyük Qayıdış” həyata keçirilir, məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına tez bir zamanda qayıtması üçün yenidənqurma işləri aparılır. Laçında sərhəd-buraxılış məntəqəsinin açılması regionun təhlükəsizliyi üçün atılmış mühüm addımdır. Bu günlərdə Vaşinqtonda aparılan müzakirələr Ermənistanla sülh sazişinin yaxınlaşdığını göstərir.

Akademik çıxışının sonunda bildirib ki, Ulu Öndərin ideyalarını, başlatdığı bütün layihələri bu gün Prezident İlham Əliyev uğurla və məsuliyyətlə yüksək səviyyədə həyata keçirir.

Ümummilli Liderin ölkəmizdə elmə və təhsilə göstərdiyi qayğıdan bəhs edən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, Ulu Öndərin sovet hakimiyyəti illərində atdığı addımlarla Azərbaycanın təhsil sistemində ciddi dəyişiklik baş verdi, orta və ali təhsil müəssisələrinin, eləcə də təhsil alanların sayı artdı, hər kəsin bərabərhüquqlu təhsil alması təmin edildi. Heydər Əliyevin insan kapitalına ciddi önəm verdiyini deyən Nicat Məmmədli Ümummilli Liderin təşəbbüsü ilə 15 mindən çox gəncin SSRİ-nin 170-ə yaxın ali təhsil müəssisələrinə təhsil almağa göndərildiyini, bu siyasətin müstəqillik illərində Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Dövlət Proqramları ilə minlərlə gəncin dünyanın aparıcı universitetlərində təhsil aldıqlarını diqqətə çatdırıb.

Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Konfransda “Heydər Əliyev böyük milli ideyalar daşıyıcısı idi” mövzusunda çıxış edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, Ulu Öndərin həyatını, fəaliyyətini, Azərbaycana, xalqımıza xidmətlərini sözlə ifadə etmək mümkün deyil və hər dəfə onun şərəfli həyatının səhifələrinə baxarkən yeni nüanslar ortaya çıxır. Ümummilli Liderin Bərdəyə, Şəmkirə və Şəkiyə səfərlərini, vətəndaşlarla görüşlərindəki maraqlı anları xatırladan komitə sədri qeyd edib ki, Heydər Əliyevi yaddaşlarda saxlayan onun sadə xalqın rəhbəri, lideri olması idi.

Konfransda AMEA-nın müxbir üzvü İbrahim Əzizov müstəqil dövlət quruculuğu dövrünün çətinliklərindən, bu çətinliklərin aradan qaldırılmasında Ulu Öndərin xilasedici rolundan danışıb.

AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Gövhər Baxşəliyeva isə çıxışında Ulu Öndərin dövlət quruculuğu siyasətindən, Türk Dövlətləri Təşkilatı və bu birliyə daxil olan qardaş ölkələrlə əməkdaşlığa verdiyi önəmdən, Azərbaycanın dünya siyasətindəki yerindən danışıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Ulu Öndərin Azərbaycanda hakimiyyətdə olduğu bütün dövrlərdə ölkəmizin təbiətinə qayğı və diqqətlə yanaşdığını, onun təşəbbüsləri və səyi ilə ekosistemlərin və bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi, yeni meşə massivlərinin salınması, şəhərlərin yaşıllaşdırılması üzrə çoxsaylı qanun və qərarların verildiyini bildirib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu çıxışında Heydər Əliyevi azərbaycançılıq ideyalarının banisi adlandırıb, respublikanın inkişafında Ulu Öndərin siyasi xəttinin alternativinin olmadığını deyib, bu siyasətin Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək şəkildə davam etdirildiyinə diqqət çəkib.

Konfransda Fizika İnstitutunun laboratoriya müdiri AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva “Ulu Öndər və gender siyasəti”, Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, Yeni Azərbaycan Partiyasının veteranı Rizvan Vahabov “Ulu Öndər Azərbaycanda vətəndaş cəmiyyətinin qurucusudur” və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzularında çıxış ediblər. Çıxışçılar Ulu Öndərin Azərbaycan elminə, təhsilinə, alimlərinə, mədəniyyətinə, qadınlarına, gənclərinə, mətbuatına göstərdiyi diqqət və qayğıdan bəhs edib, görkəmli dövlət xadimi ilə bağlı xatirələrini bölüşüblər.

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova çıxış edərək bildirib ki, Ulu Öndərin ötən əsrin 70-ci illərində həyata keçirdiyi təhsil islahatları ilə bir çox gənc kimi, rəhbərlik etdiyi institutun yaranmasında mühüm rol oynayan, elmi bazasını təşkil edən alimlər də xaricdə təhsil alıb. Qeyd edib ki, həmin gənclər təhsillərini baş vuraraq Azərbaycana gəlib, elmimizin inkişafına xidmət ediblər. Akademik İradə Hüseynova konfransın məhz böyük Azərbaycan alimi Cəlal Əliyevin adı ilə bağlı olan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda baş tutmasının simvolik mənasından danışıb.

O bildirib ki, Heydər Əliyevin Azərbaycan elmi qarşısında mühüm xidmətlərindən biri də elmin ən müasir və perspektiv sahələrində yüksəkixtisaslı alim və mütəxəssis hazırlığı ilə bağlı məsələyə ciddi diqqət yetirməsi olub. Ulu Öndərin biologiya və aqrar elmlərin ən müasir və perspektiv sahələrində yüksəkixtisaslı alim kadrların hazırlığı ilə bağlı məqsədyönlü siyasətinin həyata keçirilməsində görkəmli alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin xidmətləri əvəzsizdir.

Hazırda institutun 14 gəncinin dünyanın aparıcı universitetlərində doktorantura təhsili aldıqlarını diqqətə çatdıran İradə Hüseynova həmin gənclərdən Fidan Hüseynovanın Fransanın Monpelye Universitetində ikili diplom proqramı üzrə uğurla müdafiə etdiyini, son illərdə institutun 2 gənc əməkdaşının “Gənclər üçün Prezident Mükafatı”na layiq görüldüyünü bildirib.

Konfransın sonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun gənc alim və mütəxəssisləri arasında keçirilmiş müsabiqənin nəticələri açıqlanıb. Bildirilib ki, müsabiqəyə təqdim edilmiş işlər AMEA-nın müxbir üzvü İbrahim Əzizovun sədrlik etdiyi komissiya tərəfindən qiymətləndirilib.

Müsabiqənin nəticələrinə əsasən, Səmra Mirzəyeva fəxri fərmana, Aytən Ağayeva 1-ci, Fidan Hüseynova və Elnarə Sadıqova 2-ci, Nərgiz Bayramova, Aygün Sadıqova və Səidə Zülfüqarova 3-cü yerə layiq görülüblər. Həmçinin Pərvin Səfərova, Zərintac Rüstəmova və Günay İsmayılovaya həvəsləndirici mükafat təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub