Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ulu Öndərin anadan olmasının 96-cı ildönümü muxtar respublikada bayram əhval-ruhiyyəsi ilə qeyd edilib

Naxçıvan, 11 may, AZƏRTAC

Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü muxtar respublikada bayram əhval-ruhiyyəsi ilə qeyd edilib.

Şərur rayonu

Şərur rayonunun idarə və müəssisələrində dahi şəxsiyyətin anadan olmasının ildönümü ilə əlaqədar keçirilmiş tədbirlərdə görkəmli dövlət xadiminin həyat və fəaliyyətinə bir daha nəzər salınıb, onun Azərbaycanımızın hərtərəfli inkişafı naminə xidmətlərindən danışılıb.

Mayın 10-da rayon ictimaiyyətinin nümayəndələri dahi rəhbərin rayon mərkəzindəki əzəmətli abidəsi önünə gələrək Ümummilli Liderə, onun əbədiyaşar siyasətinə sadiq olduqlarını bir daha nümayiş etdirib, abidə önünə tər qərənfillər düzüblər.

Ulu Öndər hakimiyyətdə olduğu hər iki dövrdə yorulmaz, məqsədyönlü fəaliyyəti, həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmiz, o cümlədən Naxçıvan Muxtar Respublikası yüksəliş və tərəqqi dövrünə qədəm qoyub. Bu inkişafdan Şərur rayonu da pay alıb. Belə ki, 1969-cu ildən sonra Şərur rayonunda geniş üzüm plantasiyaları və meyvə bağları salınıb, istehsal olunan məhsulun ilkin emalı üçün 6 şərab zavodu, o vaxtadək keçmiş SSRİ-də analoqu olmayan konserv, yağ-pendir zavodları tikilib, dəmir-beton konstruksiyaları, qum-çınqıl emalı müəssisələri, radiozavod, asfaltzavod işə salınıb. Arpaçay Su Anbarının və bu anbardan qidalanan sağ və sol sahil kanallarının istismara verilməsi ilə 40 min hektardan artıq torpaq sahəsinə yeni həyat verilib.

Muxtar respublikada Ulu Öndərin quruculuq siyasətinin ehtiramla və uğurla davam etdirilməsinin nəticəsidir ki, son 25 ilə yaxın bir dövrdə Şərur müasir Azərbaycan rayonuna çevrilib. Hər il bölgədə genişmiqyaslı quruculuq tədbirləri aparılır.

Babək rayonu

Görkəmli dövlət xadiminin anadan olmasının 96-cı ildönümü münasibətilə mayın 10-da Babək rayon ictimaiyyətinin nümayəndələri dahi rəhbərin əzəmətli abidəsi önünə tər qərənfillər düzüblər.

Babək rayonu da Ulu Öndərin yadigarlarından hesab olunur. Dahi rəhbərin təşəbbüsü ilə 1978-ci il oktyabrın 23-də təşkil olunan rayon bu gün öz müasir görkəmi ilə diqqəti cəlb edir. O dövrdə rayona xalq qəhrəmanı Babəkin adının verilməsi Ulu Öndərin siyasi iradəsinin və milli tarixi ənənələrə böyük bağlılığının nəticəsi idi.

Müstəqillik illərində rayonun yaşayış məntəqələri abadlaşdırılıb, yeni yollar salınıb, müxtəlif təyinatlı obyektlər tikilərək və ya əsaslı şəkildə təmir olunaraq istifadəyə verilib. Rayon mərkəzi də daxil olmaqla, kənd yaşayış məntəqələrində yaradılmış infrastruktur Heydər Əliyev siyasi xəttinin rayon sakinlərinə bəxş etdiyi töhfədir. Bu il rayonun daha 2 yaşayış məntəqəsi – Gülşənabad və Kültəpə kəndlərində kompleks quruculuq işləri aparılır. Bütün bu tədbirlər dahi şəxsiyyətin müəyyən etdiyi quruculuq strategiyasının uğurlu davamıdır.

Ordubad rayonu

Ölkəmizi vətəndaş müharibəsindən, xəritədən silinmək təhlükəsindən xilas edən, respublikamızın çiçəklənməsinin əsasını qoyan dahi rəhbər Ordubad rayonuna da xüsusi diqqət və qayğı ilə yanaşıb. Hələ 1980-ci ilin mayında ümummilli lider Heydər Əliyev Ordubadda olarkən bu gözəl və qədim məkanı “Azərbaycanın incisi” adlandırıb. Ondan bir neçə il əvvəl isə – 1977-ci ildə öz orta əsr plan quruluşunu qoruyub saxlayan Ordubad şəhərinin “Qoruq şəhər” elan edilməsi üçün göstəriş verib. Ötən əsrin 90-cı illərinin əvvəllərində rayon erməni hücumları nəticəsində ilk şəhidlərini verərkən Ulu Öndər sakinlərlə həmrəy olmaq üçün rayona gəlib. Daha sonralar Ümummilli Liderin başlatdığı işin uğurla davam etdirilməsi nəticəsində Ordubad rayonu öz simasını kökündən dəyişib. İstər rayon mərkəzində, istərsə də kənd və qəsəbələrimizdə inşa olunan yeni binalar, salınan yollar, park və xiyabanlar bu yaşayış məntəqəsində qədimliklə müasirliyin gözəl vəhdət təşkil etməsinə səbəb olub. Rayonun tamamilə qazlaşdırılması, elektrik enerjisi probleminin birdəfəlik həll edilməsi, əhalinin güzəranının yaxşılaşdırılması üçün həyata keçirilən digər tədbirlər Ulu Öndərimizin siyasətinin uğurla davam etdirilməsi nəticəsində mümkün olub. Elə buna görə də ordubadlılar heç bir zaman dahi rəhbərin göstərdiyi diqqət və qayğını unutmur, hər addımda bu əvəzedilməz şəxsiyyətin xatirəsini əziz tuturlar.

Mayın 10-da dahi rəhbərin rayon mərkəzindəki abidəsi önünə toplaşan sakinlər abidə önünə tər güllər düzüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.

Culfa rayonu

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Culfa rayonunda da qeyd edilib. Rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin Culfa şəhərinin mərkəzində ucalan abidəsi önünə gələrək gül dəstələri düzüblər.

Naxçıvan Muxtar Respublikasında da Ulu Öndərin istər siyasi, istərsə də quruculuq xətti böyük ehtiramla davam etdirilir. Ona görə də bu qədim diyar özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişafı Culfa rayonunun da timsalında görmək olar. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə rayonda bütün sahələrdə uğurlu nəticələr qazanılıb. Ötən əsrin sonlarında dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanda torpaq islahatları ilk dəfə Culfa rayonunun kəndlərində aparılıb. Tarixi, iqtisadi, sosial, mədəni sahələrdə atılan addımlar bölgənin hərtərəfli inkişafına geniş imkanlar açıb. Bu yeni inkişaf mərhələsində rayonun kənd yaşayış məntəqələrində kompleks quruculuq işləri aparılıb, onlarla məktəb binası, səhiyyə ocağı, mədəniyyət obyekti tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Kənd yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzi Culfa şəhəri də bu quruculuq və abadlıq tədbirlərindən güc alaraq daha da gözəlləşib. Hazırda rayon Rabitə İdarəsinin binası, Ümummilli Liderin adını daşıyan prospekt əsaslı şəkildə yenidən qurulur.

Şahbuz rayonu

Mayın 10-da rayon ictimaiyyətinin nümayəndələri səhər saatlarında xalqımızın xilaskarı olan ulu öndər Heydər Əliyevin Şahbuz şəhərinin mərkəzində ucaldılmış büstünü ziyarət ediblər.

Ümummilli Liderimizin diqqət və qayğısı nəticəsində Şahbuz rayonunun da iqtisadiyyatı inkişaf etdirilib, quruculuq, yenidənqurma, tikinti, abadlıq tədbirləri geniş vüsət alıb, əhalinin maddi-rifah halı yüksəldilib. 1969-cu ildən sonra Şahbuzda şərab, Badamlı mineral sular, avtomobil təmiri zavodları, Naxçıvan şəhərindəki radiozavodun və alt trikotaj malları fabrikinin Şahbuz filialları fəaliyyətə başlayıb. Həmçinin dərman bitkiləri, gön-dəri, meyvə, yun tədarükü və süd emalı məntəqələrinin də yaradılması əhalidən qəbul olunan xammalın istehsalına imkan verib. Texniki peşə məktəblərinin təcrübə sahələrində gənclərə müxtəlif peşə, sənət sahələri öyrədilib, ictimai iaşə obyektlərində və başqa xidmət təşkilatlarında, onların filiallarında əhaliyə yüksək səviyyədə xidmətlər göstərilib.

Ümummilli Liderin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra uzaqgörənliklə əsasını qoyduğu genişmiqyaslı quruculuq tədbirləri Şahbuz rayonunda məqsədyönlü şəkildə davam etdirilir. Uzun illər görülən işlər nəticəsində nəinki rayonun siması dəyişilib, yollar yenidən müasir formada istifadəyə verilib, kəndlər abadlaşdırılıb, yeni infrastruktur sahələri yaradılıb. Məhz Heydər Əliyev siyasətinin bəhrələri ilə gündən-günə böyüyən, gözəlləşən Şahbuz qəsəbəsinə şəhər statusunun verilməsi onun daha da inkişaf edib genişlənməsinə səbəb olub. Dahi liderin Azərbaycanda ikinci dəfə hakimiyyəti dövründə Şahbuz Dövlət Təbiət Qoruğu, Heydər Əliyev Su Anbarı, çox sayda sosial obyektlər, istehsal müəssisələri yaradılıb. Şahbuzlular bu gün də Ümummilli Lideri minnətdarlıqla xatırlayır. Ulu Öndərə olan sevgilərini, rəğbətlərini dahi rəhbərin 96-cı ildönümündə rayon mərkəzində ucaldılan büstünün önünə tər qərənfillər düzməklə ifadə ediblər.

Kəngərli rayonu

Mayın 10-da Kəngərli rayon ictimaiyyəti, həmçinin müxtəlif idarə, müəssisə, təşkilatların kollektivləri ulu öndər Heydər Əliyevin Qıvraq qəsəbəsində ucaldılmış əzəmətli abidəsini ziyarət edib, abidə önünə tər qərənfillər düzüb, bu böyük insana olan hörmət və ehtiramlarını bir daha nümayiş etdiriblər.

Dahi şəxsiyyətin xalqımızın tərəqqisi naminə müəyyənləşdirdiyi inkişaf konsepsiyasının, irimiqyaslı proqramların həyata keçirilməsi nəticəsində bütün bölgələrimiz kimi, Kəngərli rayonu da gözəlliklər diyarına çevrilib. Bu il yaradılmasının 15 illiyi tamam olan rayonda ötən illər ərzində mühüm infrastruktur layihələri həyata keçirilib, bölgənin sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib. Təhsil, səhiyyə, idman, mədəniyyət müəssisələri və digər sosialyönümlü obyektlər tikilərək istifadəyə verilib.

Əsaslı və kompleks şəkildə aparılan tikinti-quruculuq tədbirlərinin nəticəsidir ki, rayon mərkəzi Qıvraq qəsəbəsi öz simasını tamamilə dəyişib. İndi bu adıçəkilən məkanda bir-birindən gözəl inzibati binalar, mədəniyyət və istirahət parkı, gözəl memarlıq quruluşuna malik Mədəniyyət Sarayı, ümummilli lider Heydər Əliyevin abidəsi və digər quruculuq ünvanları rayon mərkəzinin gözəlliyinə əlavə gözəlliklər qatır. Ötən dövrdə rayonun bütün yaşayış məntəqələri abadlaşdırılıb, rayon mərkəzi ilə kəndləri birləşdirən yollar yenidən qurulub. İstehsal və emal müəssisələrinin fəaliyyəti təmin edilərək geniş iqtisadi potensialın əsası qoyulub, əhalinin məşğulluğunun və güzəranının yaxşılaşdırılması üçün etibarlı təminat yaradılıb. Muxtar respublikamızda tarix və mədəniyyətimizə göstərilən böyük dövlət qayğısının nəticəsidir ki, son dövrlərdə rayon ərazisindəki tarixi-mədəniyyət abidələrinin bərpası və təmiri istiqamətində mühüm işlər görülüb.

Kənd təsərrüfatı rayonu kimi ixtisaslaşan Kəngərlidə aqrar sahənin inkişafı da daim diqqət mərkəzində saxlanılır. Mütərəqqi suvarma metodlarının tətbiqi, qapalı suvarma şəbəkələrinin qurulması rayonda əkinçiliyin inkişafı üçün geniş imkanlar açıb, susuz sahələrə həyat verilib, yüz hektarlarla torpaq sahəsi əkin dövriyyəsinə qatılıb, məhsul bolluğu üçün şərait yaradılıb.

Bu il martın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Kəngərli rayonunun yaranmasının 15-ci ildönümü qeyd edilib, Qıvraq qəsəbəsində yeni yaşayış binasının açılışı olub. Rayonun yaradılmasının 15-ci ildönümündə sakinlərlə görüşündə Ali Məclisin Sədri rayonun keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq deyib: “Ötən dövrdə rayonun ictimai-siyasi həyatında böyük dəyişikliklər baş vermiş, geniş quruculuq işləri görülmüş, müasir rayon formalaşmışdır. Aparılan abadlıq-quruculuq işlərinin davamı olaraq bu gün rayonda su-kanalizasiya sistemləri qurulur, meliorasiya tədbirləri həyata keçirilir, tarixi abidələr bərpa olunur, məktəblər tikilir, yollar çəkilir, rayon ərazisindəki hərbi hissələr müasir xidmət və yaşayış şəraiti ilə təmin olunur. Görülən bu işlər rayonun inkişafını daha da sürətləndirəcək, Kəngərli Azərbaycanın qabaqcıl rayonları sırasında öz yerini tutacaqdır”.

Bəli, gündən-günə gözəlləşən və müasirliyə qovuşan Kəngərli rayonu hazırda özünün yüksəliş və intibah dövrünü yaşayır. Bu inkişaf, müasirlik və yeniləşmə ümummilli lider Heydər Əliyevin ideyalarının uğurla davam etdirilməsinin nəticələridir.

Sədərək rayonu

Sədərəyin 1990-cı il avqust ayının 28-də muxtar respublikanın inzibati ərazi bölgüsünə rayon kimi daxil olması bölgənin geostrateji mövqeyi ilə bağlı idi. 2002-ci ilin avqust ayında Sədərək əhalisi ilə görüşündə Ümummilli Liderimiz bunu belə açıqlamışdı: “Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək həmişə Azərbaycanın ən kənar yerində, sərhəddə yerləşərək Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir, mən indi qəsəbəni belə görəndə həddindən artıq sevinirəm…”

Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Sədərək rayonu XX əsrin 90-cı illərinin əvvəllərində Ermənistan tərəfindən hücumlara məruz qalıb, Naxçıvanın qala qapısı sayılan bu bölgədə 1990-1993-cü illərdə ağır döyüşlər gedib. O zaman vəziyyətlə bilavasitə tanış olan ümummilli lider Heydər Əliyev bu təcavüzün və işğalın qarşısının alınması üçün öz siyasi nüfuzu, zəngin dövlətçilik və idarəetmə təcrübəsi sayəsində dünyanın diqqətini burada baş verən hadisələrə yönəldib. Ulu Öndərimizin tövsiyələrinə uyğun olaraq bu tarixi və strateji Azərbaycan rayonuna bu gün də xüsusi diqqət yetirilir.

Sədərəklilər Ümummilli Liderin Sədərək rayonunun yaradılması, Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində xidmətlərini dərin hörmət və ehtiramla xatırlayırlar. Onlar qürur duyurlar ki, sakini olduqları rayonun mərkəzi Azərbaycan xalqının və ümumilikdə, bütün türk dünyasının böyük oğlu Heydər Əliyevin adını daşıyır.

Mayın 10-da rayon ictimaiyyətinin nümayəndələri Heydərabad qəsəbəsinin mərkəzində ucalan Ulu Öndərin büstünü ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sədərəyin sürətli inkişafı bu gün mənfur düşmənlərə ən böyük gözdağıdır. Burada son illərdə müasir tələblərə cavab verən onlarla ikimərtəbəli yaşayış evləri, rayonun idarə, müəssisə və təşkilatları üçün inzibati binalar tikilib. Hazırda belə quruculuq ünvanlarından biri də rayonun mərkəzi Heydərabad qəsəbəsindədir. Burada inşa edilən 7 mərtəbəli bina 48 mənzildən ibarət olacaq. Bu, rayon sakinlərinə, xüsusən gənc ailələrə göstərilən dövlət qayğısının əyani ifadəsidir.

Ulu Öndərin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində digər bölgələrimizlə yanaşı, rayonun Sədərək və Qaraağac kəndləri də bu gün müasir dona bürünüb. Muxtar respublikanın ən böyük kənd yaşayış məntəqəsi olan Sədərək hərtərəfli dövlət qayğısı hesabına qəsəbə təsiri bağışlayır. Rayonun bir neçə idarə və təşkilatı bu kənddə fəaliyyət göstərir. Onlar üçün son illərdə müasir tələblərə cavab verən yeni tikililər inşa olunub. Bütün bunlar hər bir sədərəklini ruhlandırır, onları torpağa, elə-obaya daha sıx tellərlə bağlayır.

 

AZƏRTAC –ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO