CƏMİYYƏT


Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Suraxanıda silsilə tədbirlərlə qeyd edilir

Bakı, 6 may, AZƏRTAC

Suraxanı rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər rayonun təhsil, səhiyyə, sənaye müəssisələrində davam edir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, növbəti tədbir icra hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının, YAP Suraxanı rayon Gənclər Birliyinin təşkilatçılığı ilə Qaraçuxur qəsəbəsindəki Neftçilər parkında keçirilib.

YAP Suraxanı rayon Gənclər Birliyinin çoxsaylı fəallarının iştirakı ilə fləşmob təşkil edilib, bir-birindən maraqlı musiqi nömrələri təqdim olunub.

Neftçilər parkında, eyni zamanda, Qurban Abbasov adına Mədəniyyət Sarayının kollektivi sakinlər qarşısında bayram konserti ilə çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.