SİYASƏT


Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan idman yarışı keçirilib

Bakı, 10 may, AZƏRTAC

Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan idman yarışı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Kursantlar idmanın yüngül atletika, güləş, kikboks, pentatlon, futbol, voleybol və digər növləri üzrə təşkil olunan yarışlarda güclərini sınayıblar.

Sonda yekun nəticələrə əsasən qalib olan komandalara diplom, kubok və medallar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.