CƏMİYYƏT
Ülvi Mehdiyev: “Könüllülər ili” ilə bağlı Tədbirlər Planı bu yaxınlarda təsdiq olunacaq
Bakı, 25 yanvar, AZƏRTAC
“Könüllülər ili” ilə bağlı Tədbirlər Planı bu yaxınlarda təsdiq olunacaq. “ASAN xidmət” Tədbirlər Planı üçün öz təkliflərini verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında məlumat verib.
Agentliyin sədri bildirib ki, “Könüllülər ili” çərçivəsində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Burada əsas məqsəd daha çox gənci könüllü proqramına cəlb etmək, könüllülüyün gənclərə verdiyi təcrübəni, özünütəkmilləşdirmə proqramlarını, kursları və təlimləri davam etdirməkdir.
Qeyd edək ki, Prezident İlham Əliyev ötən il dekabrın 30-da 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.