İDMAN


Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyasının prezidenti Roy Beykerə Azərbaycanın milli geyimi təqdim olunub

Konya, 18 avqust, Səxavət Quliyev, AZƏRTAC

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında kikboksinq yarışlarını izləyən WAKO-nun (Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyası) prezidenti Roy Beykerə Azərbaycanın milli geyimi təqdim olunub.

AZƏRTAC xəbər verir ki, irlandiyalı mütəxəssisə milli geyimimiz Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti Orxan Əliyev tərəfindən verilib.

Görüşdə WAKO Avropanın I vitse-prezidenti və Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı, AKF-nin vitse-prezidenti və milli komandanın kapitanı Ramal Aslanov, baş katib İlkin Məsimzadə və Azərbaycanı İslamiadada təmsil edən beynəlxalq dərəcəli referi Aydın Ağabəyov iştirak ediblər.

Daha sonra Roy Beyker, Orxan Əliyev və Salim Kayıcı birgə döyüşlərə baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.