İDMAN


Ümumdünya Şahmat Olimpiadası: Komandalarımız Ermənistan təmsilçiləri ilə qarşılaşacaqlar

Bakı, 8 avqust, AZƏRTAC

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün keçiriləcək 10-cu turda kişilərdən (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov) və qadınlardan (Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova) ibarət komandalarımız Ermənistan şahmatçıları ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, doqquz turdan sonra hər iki komandamızın aktivində 14 xal var və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.