Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ümumdünya Şahmat Olimpiadasının iştirakçıları muxtar respublikanın mədəniyyət müəssisələri ilə tanış olublar

Naxçıvan, 5 oktyabr, AZƏRTAC

On altı yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar muxtar respublikaya gələn xarici və yerli şahmatçılar, şahmat həvəskarları Heydər Əliyev Muzeyini ziyarət ediblər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bələdçi qonaqlara mədəniyyət ocağı barədə ingilis dilində ətraflı məlumat verib. Bildirilib ki, muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 5 mindən çox eksponat toplanıb. Mədəniyyət müəssisəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Muzeydə 2023-cü ildə 100 illik yubileyini böyük təntənə ilə qeyd edəcəyimiz ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993-cü illər) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar və digər tarixi sənədlər qorunub saxlanılır.

Şahmatçılar və həvəskarlar naxçıvanlı könüllülərin dəstəyi ilə müxtəlif xarici dillərdə müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndərin muzeylərə sığmayan mənalı ömrü, fədakar siyasi fəaliyyəti barədə daha müfəssəl informasiyalar əldə edib, mədəniyyət ocağından zəngin təəssüratlarla ayrılıblar.

Heydər Əliyev Sarayında muzeytipli müəssisə kimi fəaliyyət göstərən Naxçıvan Dövlət Rəsm Qalereyasına gələn qonaqlara bildirilib ki, 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan qalereyanın əsas məqsədi rəssamların həyat və yaradıcılığını öyrənmək, eyni zamanda, gələcək nəsillərə çatdırmaqdır. Qalereyanın fondunda 70-ə yaxın rəssamın 400-dən çox əsəri var, hazırda ekspozisiya zalında natürmort, portret, peyzaj, qrafika, abstrakt və digər janrlarda çəkilmiş 52 rəsm əsəri, eləcə də dekorativ-tətbiqi sənət nümunələri nümayiş etdirilir. Xalq rəssamlarından Mikayıl Abdullayevin, Maral Rəhmanzadənin, Hüseyn Əliyevin, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılovun və digərlərinin əsərləri Naxçıvan rəssamlıq məktəbinin zəngin ənənələrini əks etdirir.

Dövlət Bayrağı Muzeyinə ekskursiya zamanı qonaqlara məlumat verilib ki, qədim dövlətçiliyimizin simvollarını özündə əks etdirən bu məkan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılıb. Muzeydə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında ölkəmizin müstəqilliyi və xalqımızın rifahı naminə verilən taleyüklü qərarları əks etdirən dəyərli nümunələr yer alıb. Ekspozisiyada, həmçinin qədim dövlətlərimizin bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan zərbxanalarında kəsilmiş sikkələr, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş dövlət rəmzləri və konstitusiyaları nümayiş etdirilir.

Monqolustan komandasının kapitanı Buyan Tsetseg AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində deyib: “Olimpiadanın yüksək səviyyədə təşkil olunmasına görə komandamız adından təşəkkürlərimi bildirirəm. Həm yarış müddəti, həm də asudə vaxtımız yaddaqalan, maraqlı keçir. İlk görüşümüzü “Azərbaycan-Sumqayıta” qarşı keçirdik və istənilən nəticəni əldə etdik. İkinci oyunumuz olimpiadanın favoritlərindən sayılan Türkiyə komandası ilə oldu. Həmin yarışda məğlubiyyət yaşasaq da, növbəti oyunlara ümidimiz çoxdur. Komanda yoldaşlarıma güvənirəm”.

Buyan Tsetseg qeyd edib ki, Naxçıvanda olduqları müddətdə gözəl, maraqlı yerləri də gəzmək fürsəti yaranıb. “Heydər Əliyev Muzeyində, Dövlət Bayrağı Muzeyində Azərbaycanın dövlətçilik tarixi barədə dolğun informasiyalar əldə etdik. Eyni zamanda, Heydər Əliyev Sarayında maraqlı, rəngarəng sərgi-satışla tanış olduq, gözəl sənət nümunələrinə baxdıq. Qadınların zövqünə heyran qaldıq. Naxçıvan Rəsm Qalereyasında da bir-birindən maraqlı rəsm əsərləri diqqətimizi çəkdi, maraqlı, zəngin mədəniyyətə malik, milli-mənəvi dəyərlərinə bağlı bir diyarı tanıdığımız üçün çox şadıq. Fikirlərimi burada olduğum qısa zamanda Azərbaycan dilində öyrəndiyim bir cümlə ilə bitirmək istəyirəm: Mən Naxçıvanı çox sevirəm”, - deyə Monqolustan komandasının kapitanı söyləyib.

Misirli şahmatçı Mustafa Məhəmməd: “Naxçıvan qısa zamanda bizə gözəl, səmimi, xoş təsir bağışladı. Həm muzeylərə, turizm məkanlarına ekskursiyadan, həm də yüksək səviyyədə təşkil olunan olimpiadadan böyük zövq alırıq. İkinci tur komandamız üçün gərgin idman mübarizəsində keçdi. Rəqibimiz isə “Naxçıvan-Azərbaycan” komandası idi. Naxçıvanlı şahmatçılar çox diqqətcil və bacarıqlıdırlar. Oyunun gedişatını dəyişdirmək üçün düzgün analiz qabiliyyətinə malikdirlər. Məhz güclü strategiya ilə oynadıqları gözəl oyun onların qalib olmasına imkan verdi. Məğlubiyyətə baxmayaraq bizim üçün də mübarizə maraqlı idi, hər iki komanda üzvləri arasında səmimi ab-hava yarandı. Ümumiyyətlə Naxçıvanda olmaqdan çox məmnunam, gözəl, mehriban, ünsiyyətcil insanlarınız var, bizə gəzdiyimiz yerlər barədə zəngin məlumatlar verdilər, təşkilatçılığı çox bəyəndim”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub