CƏMİYYƏT


“Ümumdünya ana südü ilə qidalanma həftəsi” keçirilir

Bakı, 2 avqust, AZƏRTAC

Avqustun 1-də “Ümumdünya ana südü ilə qidalanma həftəsi”nə start verilib. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) körpənin altı aylıq yaşına qədər yalnız ana südü ilə qidalanmasını, sonra isə uyğun tamamlayıcı qidalarla birlikdə ən azı iki ilə qədər ana südü verməyə davam etməsini tövsiyə edir.

Ana südü yeni doğulmuş körpələr üçün yalnız ən yaxşı qidalanma deyil, həm də xəstəliklərin qarşısını almaq üçün güclü bir vasitədir. Avqustun 1-dən 7-nədək dünyanın bütün ölkələrində “Ümumdünya ana südü ilə qidalanma həftəsi” keçirilir. Onun məqsədi - ana südünün körpələri bir çox xəstəlikdən qoruya biləcəyini geniş ictimaiyyətə izah etməkdir. UNICEF-in məlumatına görə, ana südü ilə qidalanmanın yayılması beş yaşınadək olan 820 min uşağın həyatını xilas etməyə kömək edə bilər.

“Birinci süd” körpələri xəstəlikdən və ölümdən qoruyan anticisimlər ilə zəngindir. Ana südü ilə qidalanma kiçik yaşlı uşaqlarda beyin inkişafına kömək edir, onları infeksiyalardan qoruyur, piylənmə riskini azaldır.

Yalnız uşaqlar özləri qazanmır - sağlam böyüməkdə olan nəsil səhiyyə xərclərini azaltmağa kömək edir, ana südü ilə qidalanma qadınları yumurtalıq xərçəngindən qoruyur.

Ekspertlər, hətta anada koronavirus infeksiyası diaqnozu təsdiqləndiyi və ya ehtimal olunduğu hallarda belə ana südünün körpələr üçün ən yaxşı qidalanma mənbəyi olduğunu hesab edirlər. Beləliklə, virusa yoluxmuş ana bütün lazımi təhlükəsizlik tədbirləri görürsə, körpəsini südü ilə qidalandıra bilər.

Ana südü, körpəni tənəffüs xəstəliklərindən qorumağa kömək edə biləcək anticisimlər və digər immunoloji üstünlüklər ehtiva edir. Uşağın artması, inkişafı və sağlamlığı üçün, eləcə də gələcək həyatında piylənmədən və yoluxucu olmayan xəstəliklərdən xilas olmağa ona kömək etmək üçün ana südü ilə qidalandırmanın vacibliyini getdikcə daha çox faktlar təsdiq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.