CƏMİYYƏT


Ümumi əhalinin təqribən 74 faizi vaksinasiyadan keçib

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycanda COVID-19-a qarşı vaksinasiya kampaniyası 2021-ci ilin yanvarın 18-dən başlayıb. Peyvəndləmə prosesi uğurla həyata keçirilir. Məqsəd qrupunun, yəni xəstəliyi ağır keçirən 50 yaşdan yuxarı vətəndaşların 90 faizi vaksinasiyadan keçib. Hətta “buster” dozanı da qəbul ediblər. Vətəndaşların məsuliyyəti çox yüksək səviyyədədir. Ümumi əhalinin təqribən 74 faizi vaksinasiyadan keçib. Bu da çox müsbət göstəricidir və kollektiv immunitetin tam formalaşmasından danışa bilərik.

AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazir, həmçinin bildirib: "Koronavirus hər dəfə yeni sürprizlər meydana gətirir. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən payız ayları üçün lazımi tədbirləri görüb, üçüncü səviyyəli adlanan hazırlıq səviyyəsinə çatmalıyıq. Bu istiqamətdə lazımi işlər görülür. Payız mövsümü sıçrayışsız keçsə, ümidvaram ki, pandemiyanın sonu barədə danışa bilərik. Hələ ki, bu barədə danışmaq tezdir".

T.Musayev bildirib ki, Türkiyə Səhiyyə Nazirliyinin məhsulu olan "Turkovac" vaksini Azərbaycanda üçüncü faza klinik sınaqlardan keçirilir: "Həmin vaksini vurduranlar var və əldə edilən ilkin nəticələr müsbətdir. Təbii ki, tam geniş elmi açıqlamanı tələb olunan sayı əldə etdikdən sonra və Türkiyə tərəfindən aparılmış laborator müayinələr nəticəsində tam bəyan edəcəyik".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.