İQTİSADİYYAT


Ümumi inşaat işlərinin 81,6 faizini qeyri-dövlət tikinti müəssisələri görüb

Bakı, 19 mart, AZƏRTAC

2019-cu ilin yanvar-fevralında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 489 milyon manatı (89,5 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, İsveçrə, Yaponiya, Malayziya, Çexiya, İran, Rusiya və Norveç sərmayədarlarına məxsus olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin müddət ərzində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 60 faizini tikinti, yenidənqurma və genişləndirmə, 11,5 faizini əsaslı təmir, 9 faizini cari təmir, 19,5 faizini isə digər tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 81,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.