ELM VƏ TƏHSİL
Ümummilli Liderin Vətən və xalq qarşısındakı xidmətləri əvəzsizdir
Bakı, 6 dekabr, AZƏRTAC
Bakının Xətai rayonundakı 171 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə məktəbin direktoru Zenfira Məsiyeva Ulu Öndərin uşaqlara göstərdiyi diqqət və qayğıdan söz açıb.
Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd İbrahimov müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin uşaqları sonsuz məhəbbətlə sevdiyini və onlara böyük qayğı göstərdiyini vurğulayıb. Qeyd olunub ki, uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ulu Öndərin daim diqqətində olub. Görkəmli dövlət xadimi Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin uşaqların müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycanın taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.