SİYASƏT


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Bolqarıstan mətbuatında geniş işıqlandırılıb

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu ölkənin aparıcı xəbər agentlikləri müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin dövlət və xalq qarşısında misilsiz xidmətləri barədə geniş məlumatlar yayıblar.

Xəbərlərdə müstəqilliyinin bərpasının ilk illərində olduqca ağır vəziyyətlə üzləşmiş Azərbaycanın ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı nəticəsində təhlükədən qurtulduğu, ölkədə sabitliyin bərpa edildiyi, hərtərəfli inkişafın əsasının qoyulduğu bildirilib.

Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanın güclü, müasir və iqtisadi cəhətdən dayanıqlı inkişaf edən dövlətə çevrilməsi üçün hazırlanmış neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində xarici investisiyanın Azərbaycana cəlb olunduğu, neft-qaz nəqli marşrutlarının şaxələndirildiyi, neft gəlirlərinin səmərəli idarə edilməsinin və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasının təmin edildiyi barədə məlumat verilib, Ulu Öndərin apardığı uzaqgörən siyasətin əhəmiyyətinin günümüzün reallıqları işığında daha aydın başa düşüldüyü qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.