Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Ümummilli lider Heydər Əliyevin milli elitamızın formalaşmasında rolu

Ümummilli lider Heydər Əliyevin milli elitamızın formalaşmasında rolu

Bakı, 26 aprel, AZƏRTAC

Hər bir xalqda olduğu kimi, Azərbaycan xalqının da elitasının formalaşması uzun tarixi dövrü əhatə edir. Əsl ziyalıları ərsəyə gətirmək, müasir inkişafın tələblərinə cavab verən, xalqın dünyada tanınmasına ürəkdən çalışan milli elitanı qurub yaşatmaq heç də asan iş deyil. Bu yöndə Azərbaycanın bir sıra görkəmli şəxsiyyətləri tarix boyunca böyük əmək sərf ediblər. Müasir dövrümüzün dahisi ümummilli lider Heydər Əliyev bəzi ideoloji çətinliklərə baxmayaraq, hələ Sovet dövründən etibarən Azərbaycan xalqının önəmli ziyalılarının yetişdirilməsinə xüsusi diqqət yetirməyə başlamışdı. Ulu Öndər deyirdi: “Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər”.

Azərbaycan Milli Elmlər Akademiyası Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylinin “Ümummilli lider Heydər Əliyevin milli elitamızın formalaşmasında rolu” sərlövhəli məqaləsində Ulu Öndərin bu sahədəki əvəzolunmaz xidmətlərindən bəhs olunur. AZƏRTAC həmin məqaləni təqdim edir:

Zəruri resurs potensialına malik olan siyasi elita dövlət idarəçiliyinin əsas vəsiləsidir, o, daxilən tezbirləşən sosial qrup olub siyasət sahəsində mühüm strateji qərarlar qəbul edir. Hakim elitanı bir qrup kimi xüsusi dəyərlər, onun üzvləri və sektorlarının münasibətlərini tənzimləyən normalar birləşdirir. Hakimiyyət və dövlət, ölkənin və dünyanın inkişafı, ictimai problemlər, xalq və onun dövlətin idarəçiliyində iştirakı barədə elitanın öz fikri və təsəvvürləri vardır.

Qeyd etmək lazımdır ki, elmi idarə etmək yüksək intellekt, bilik, bacarıq və erudisiya tələb edir. Bütün bu keyfiyyətləri özündə daşıyan görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrdə, XX əsrin 70-80-ci illərində Elmlər Akademiyasının alimlərinin fəaliyyəti dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. İqtisadiyyat və elm sahəsində nailiyyətlərinə görə Azərbaycan Elmlər Akademiyası “Xalqlar Dostluğu” ordeninə layiq görülmüşdü. Bu yüksək mükafatı 1975-ci ildə Ümummilli Lider şəxsən özü təqdim edib. Onun Azərbaycan elminə qayğısı sayəsində Elmlər Akademiyasının elmi elitası formalaşıb və dünya elmində yerini tapıb.

Ulu Öndər xalqın elmi-intellektual potensialının möhkəmləndirilməsinə daim diqqət yetirirdi. Tam əminliklə demək olar ki, 1969-cu ildə respublikada hakimiyyətə gəldikdən sonra müdrik siyasi rəhbər Heydər Əliyev Azərbaycanda güclü ziyalı təbəqənin, yeni milli elitanın qurulması məsələsinə xüsusi diqqət yetirib.

Sovet dövründə Azərbaycanın sürətli inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Bunu təsdiqləmək üçün onun rəhbərliyi dövründə ölkənin həyatının bütün sahələrdə inkişafını əyani əks etdirən statistik məlumatlarla tanış olmaq kifayətdir.

1970-1980-ci illərdə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə hər il azərbaycanlı gənclər ölkənin nüfuzlu ali məktəbələrinə təhsil almaq üçün göndərilirdi. Ulu Öndər azərbaycanlı gənclərin təhsil almaları üçün əlavə yerlər alır və sovet dövründə Rusiyanın ali məktəblərində təhsil alan gənclərimizin sayı artırdı. Əgər 1965-1966-cı tədris ilində təhsil almaq üçün 60 gənc göndərilmişdisə, 1976-cı ildə bu göstərici təxminən 11 dəfə artaraq 653-ə çatmışdı. Bu sahədə artım sonrakı illərdə də davam edib. Əgər 1970-ci ilədək təhsil almaq üçün respublikadan kənara göndərilənlər arasında azərbaycanlılar yalnız 40 faiz təşkil edirdisə, 1976-cı ildə Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu rəqəm 85 faizə, 1977-ci ildə 92 faizə, 1980-ci ilin əvvəlində 97,6 faizə çatmışdı.

Ümummilli Lider Azərbaycanı ölkə elminin mərkəzlərindən birinə çevirmək məqsədilə elmi-tədqiqat institutlarının, elmi işçilərin sayının artırılmasına çalışır və onlara qayğı göstərirdi. Bu sahədə onun fəaliyyəti kifayət qədər uğurlu idi. Əgər 1969-cu ildə Azərbaycanda fəaliyyət göstərən 89 elmi-tədqiqat institutunda, digər layihə müəssisələri və problem laboratoriyalarında 12.850 elmi işçi, o cümlədən 55 akademik və müxbir üzv, 329 elmlər doktoru və üç min elmlər namizədi var idisə, 1978-ci ildə elmi-tədqiqat, layihə və sahə institutlarının sayı 118-ə, elmi işçilərin sayı 21407 nəfərə, akademik və müxbir üzvlər 100 nəfərə, elmlər doktorları 853, elmlər namizədlərinin sayı 7594 nəfərə çatmışdı.

Görkəmli dövlət xadimi Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda elmi işçilərin sayı artır, alimlərin hazırlanmasına xüsusi diqqət verilirdi. 1970-1980-ci illərdə respublikamızda 258 elmlər doktoru, 2677 elmlər namizədi hazırlanmışdı. Respublika Elmlər Akademiyasının 56 həqiqi üzvü və 71 müxbir üzvü var idi. 123 elmi idarə və 17 ali məktəbin kafedralarında 22 min elmi əməkdaş, o cümlədən 900-dən çox elmlər doktoru və səkkiz mindən çox elmlər namizədi çalışırdı.

Statistik məlumatlardan göründüyü kimi, məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə respublikada nəhəng quruculuq işləri geniş vüsət almışdı. Həmin illərdə təhsil almış gənclər ölkədə yaradıcılıq işlərində fəal və yaxından iştirak etmişlər. Gənclərin SSRİ-nin müxtəlif ali tədris müəssisələrində təhsil alması nəticəsində respublika yüksək ixtisaslı mütəxəssislərlə təmin olunmuş və sənaye, elm və mədəniyyətin müxtəlif sahələrində qabaqcıl mövqeyə çıxmışdır.

Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə ulu öndər Heydər Əliyev məsələni çox qəti şəkildə qoyurdu. O, dəfələrlə vurğulayırdı ki, Moskva Dövlət Universitetində təhsil alan ziyalılarımızın sayını durmadan çoxaltmalıyıq, çünki burada təhsilin səviyyəsi daha yüksəkdir. Digər tərəfdən, burada elə ixtisaslar var ki, Bakı Dövlət Universitetində bu ixtisaslar yoxdur.

Həmin gənclər bu gün Azərbaycan elitasını təşkil edirlər.

1980-ci illərin sonunda Azərbaycan ziyalılarının düşüncəsində milli ideya anlayışı formalaşırdı. Bu dövrü Azərbaycan xalqının siyasi dirçəliş dövrü adlandırmaq olar. Çünki 1969-cu ildə hakimiyyət sükanını qəbul edən Ulu Öndər ictimai şüurun, milli mənlik şüurunun formalaşmasının yeni mərhələsinin əsasını qoymuşdu. 1987-ci ilin sonu 1988-ci ilin əvvəllərində xalq hərəkatının genişlənməsi və 20 Yanvar hadisəsindən sonra xalqın düşüncəsində müstəqil dövlət qurmaq ideyası dərin kök salmağa başlamışdı. Bu ideyanın ətrafında Moskvada yaşayan Azərbaycan elitası, mərkəzində isə Heydər Əliyev dururdu.

SSRİ-nin dağılmasından sonra elitanın malik olduğu mürəkkəb strukturu dezinteqrasiya dövrünü keçirib. Perspektivli alimlərin bir çoxu elmdən uzaqlaşaraq biznes sahəsini seçib, digərləri isə xaricə mühacirət ediblər. Bu kontekstdə, demək olar ki, yeni siyasi elita sovet elitası əsasında deyil, postsovet elita qruplarının bazası əsasında formalaşıb, Sovet elitasının “ruhu” yeni elitanın məzmun elementi kimi uzun müddət davam edib.

Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan elmi, təhsili, mədəniyyəti, iqtisadiyyatı sürətlə inkişaf edib, xalqın mənəvi yaddaşı canlanıb. Beləliklə də, bu dövr tariximizə Azərbaycanda intellektual potensialın güclənməsi dövrü kimi daxil olub.

Böyük rəhbər Heydər Əliyevin siyasi iradəsi sayəsində peşəkar kadr kimi formalaşan gənclərin bir hissəsi vətənə qayıtmayaraq postsovet respublikalarında Azərbaycanın intellektual bazasını təşkil edib. Bu gün onların çoxu Rusiya Federasiyasının və Müstəqil Dövlətlər Birliyinə daxil olan digər respublikaların elmi və yaradıcı elitasında yer alır. Bizim qənaətimizə görə, bugünkü milli elitamızın çoxsaylı və perspektiv hissəsini sovet dövründə formalaşmış və ixtisaslaşmış ziyalılarımız təşkil edirlər.

Ötən əsrin 70-ci illərində Heydər Əliyevin təşəbbüsü ilə SSRİ-nin qabaqcıl təhsil müəssisələrinə göndərilən azərbaycanlı tələbələrin müəyyən bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının siyasi-ictimai həyatında mühüm rol oynayır. Azərbaycanda yaşayan və fəaliyyət göstərən bu ziyalılarımız mədəniyyət və incəsənət, elm, təhsil və bir sıra digər sahələrdə mühüm nailiyyətlər əldə ediblər. Bu nailiyyətlərin memarı ümummilli lider Heydər Əliyevdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra mürəkkəb siyasi-ictimai proseslərlə üz-üzə qaldı. Daxili siyasi-iqtisadi problemlər, Qarabağda gedən müharibə ölkənin müstəqillik taleyini sual altına alırdı. Belə bir şəraitdə Azərbaycanın bir qrup ziyalısı Naxçıvanda fəaliyyətini davam etdirən Heydər Əliyevə müraciət ünvanladı. Ziya Bünyadov, Fərəməz Maqsudov, Ömər Eldarov, Kərim Kərimov və başqalarının imzaladıqları müraciətdə Azərbaycanın düşdüyü çətin vəziyyətdən qurtulması üçün yeganə çıxış yolunun Heydər Əliyevin hakimiyyətə qayıdışı olduğu vurğulanırdı. Bu müraciətdə ilk dəfə müstəqil Azərbaycanın ziyalı elitası xalqımızın adından çıxış edərək təkidlə Ulu Öndəri yenidən Azərbaycanın siyasi arenasına qayıtmağa çağırırdı: “Hörmətli Heydər bəy! Siz mövcud vəziyyətdə bu çətin, məsuliyyətli işi öz üzərinizə götürə biləcək yeganə insansınız. İllər ərzində əldə etdiyiniz, dövlət quruculuğu sahəsindəki təcrübənizə əsaslanaraq Azərbaycanda böyük, güclü və qısa müddətdə geniş xalq kütlələrini əhatə edə biləcək nüfuzlu partiya qura bilərsiniz. Buna görə də, Azərbaycanın, demək olar ki, bütün regionlarında keçirilmiş ictimai sorğunun nəticələrinə, vətəndaşların bizim təşkilat komitəsinə ünvanladıqları şifahi və yazılı təkliflərə əsaslanaraq belə qənaətə gəlmişik ki, bu gün yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına rəhbərlik edə biləcək yeganə mütləq lidersiniz. Siz bütün çətinliklərə baxmayaraq, öz şəxsi nüfuzunuz və uzaqgörən diplomatik təcrübəniz sayəsində bu gün siyasi, iqtisadi, hərbi və mənəvi blokadada olan Naxçıvan Muxtar Respublikasını qoruyur və idarə edirsiniz. Biz istəyirik ki, Siz bu işləri bütün Azərbaycan üçün edəsiniz.

Heydər bəy! Bizim bu müraciətimizə böyük sevinc hissi ilə minlərlə Azərbaycan vətəndaşı qoşulmağa hazırdır. Hələlik isə ziyalı qrup adından ilk addım atırıq. Biz həm öz adımızdan, həm də respublikanın çoxminlik əhalisi adından Sizdən xahiş edirik ki, yeni yaradılan Yeni Azərbaycan Partiyasına rəhbərlik edəsiniz. Azərbaycan Sizin sözünüzü və son qərarınızı gözləyir”.

Ümummilli lider cavab məktubunda ziyalıların bu narahatlığının əsaslı olduğunu vurğulayaraq Azərbaycanın yalnız peşəkar kadrlar tərəfindən idarə olunmasının böyük əhəmiyyət daşıdığını qeyd edirdi: “Xalqın çətin vəziyyətdə olduğunu görürəm, respublika rəhbərləri xalqa, dövlətə xəyanət edir. Ziyalılarımız - xalqın layiqli oğulları ayağa qalxsalar da, onları əzirlər. Mən belə qənaətə gəlirəm ki, bu ağır şəraitdə mənim səsim onlara dəstək ola bilər və beləliklə, xalqımızı, mənəviyyatımızı qoruya bilərik.

Azərbaycanın bu günü, gələcək taleyinə görə narahat olan insanlar mənə müraciət etmişlər. Onlardan bəziləri yanıma gəlmiş, bəziləri şifahi, 91 nəfər ziyalımız isə heç bir təzyiqdən, heç nədən çəkinməyərək mənə yazılı şəkildə müraciət ünvanlamışlar”.

Belə bir şəraitdə bütün həyatını Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Böyük xilaskarın müdrik siyasəti nəticəsində ölkədə taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan xaos və böhrandan qurtuldu.

Hər bir xalqın özünəməxsus milli ideologiyası vardır və müstəqil Azərbaycan Respublikasının milli ideologiyası - azərbaycançılıq ideologiyasıdır. Bu gün Azərbaycan elitası müdrik siyasi rəhbər Heydər Əliyev tərəfindən əsası qoyulmuş azərbaycançılıq ideologiyası ətrafında formalaşır. Məhz görkəmli ictimai-siyasi xadim Heydər Əliyev bütün ictimaiyyəti birləşdirmək məqsədini daşıyan azərbaycançılıq ideologiyasının nəzəri əsaslarının inkişafını təşviq edib.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirərək milli elitamızın inkişafına dövlət səviyyəsində diqqət və qayğısını əsirgəmir.

Dövlətimizin başçısı həyata keçirdiyi tədbirlərlə, gördüyü işlərlə xalqın etimadını qazanıb, dövlətin idarə olunmasının bütün məsuliyyətini öz üzərində daşımağın layiqliyini sübut edib və ulu öndər Heydər Əliyevin etimadını doğruldub. Bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, ciddi elmi prinsiplərə əsaslanan çoxşaxəli inkişaf strategiyası inamla davam etdirilir, müstəqil Azərbaycan Respublikası bütün əhəmiyyətli sahələrdə böyük uğurlara imza atır. Ölkə Prezidentinin yürütdüyü məqsədyönlü siyasət nəticəsində Azərbaycanın həyatında yeni bir intibah dövrü başlanıb, siyasi, iqtisadi və hərbi qüdrətimiz artıb, ölkəmiz Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib.

Hələ 2003-cü ildə ilk dəfə dövlət başçısı olmaq etimadını qazanan İlham Əliyev andiçmə mərasimdə demişdi: “Mən yüksək kürsüdən Heydər Əliyevə müraciət edərək söz verirəm: Əsərin olan müasir Azərbaycanı çiçəkləndirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”. Bu gün İlham Əliyev proqressiv islahatlar reallaşdırmaqla hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu sübuta yetirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qan vermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

® “AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

® İlk dəfə rekord sayda spiker “Caspian Investment Forum Prague 2024”də

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübdə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: “Heydər Əliyev şəkillərdə”

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq VİDEO

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləşmob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

“AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır VİDEO

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır VİDEO

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidisiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib VİDEO

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində Qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində Qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb